Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarına yaxşı hazırlaşıblar.
"Report" xəbər verir ki, bunu Azərbaycanın gənclərdən ibarət stolüstü tennis yığmasının baş məşqçisi Elnur Hidayətzadə jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan idmançılarının güclü olduğunu vurğulayıb:
"Uşaqlar çox gözəl çıxış etdilər. Gözlədiyimizdən daha yaxşı əzmlə vuruşdular. Uşaqlarda ruh yüksəkliyi çox idi. Qızıl medal əldə etməyə çalışırdıq. Çünki hazırlığımız yaxşı keçmişdi və idmançılarımız güclüdür. Təəssüf ki, alınmadı. Amma digər yüksək əyarlarda qazana bildik".
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında 6 gümüş, 3 bürünc medalla ikinci pilləni tutublar.