Qazaxıstanı təmsil edən tennisçi Yelena Rıbakina Çində keçirilən WTA 500 kateqoriyalı Ninqbo turnirinin qalibi olub.
İdman.Biz xəbər verir ki, dünya reytinqinin lideri finalda kanadalı Leyla Fernandeslə qarşılaşıb.
Rıbakina bir saat 16 dəqiqə davam edən görüşdə 6:2, 6:2 hesablı qələbə qazanıb.
27 yaşlı tennisçi qarşılaşma ərzində rəqibinin servisini dörd dəfə qırıb. O, öz servis geymlərinin heç birində məğlub olmayıb.
Bununla da Rıbakina Ninqbo turnirində ötən il qazandığı çempionluğu qoruyub. Bu, onun 2026-cı ildə dördüncü, karyerasında isə 15-ci WTA tituludur.
Qeyd edək ki, qazaxıstanlı tennisçi cari mövsümdə Avstraliya Açıq Çempionatının, Ştutqart turnirinin və ABŞ Açıq Çempionatının da qalibi olub.