top
Azərbaycan tennisi beynəlxalq arenada inkişafına görə mükafatlandırıldı - FOTO Idman.biz
22 mart 2026, 14:16
- ↺ +

Azərbaycan tennisi beynəlxalq arenada inkişafına görə mükafatlandırıldı - FOTO

19-21 mart 2026-cı il tarixlərində Polşanın Qdansk şəhərində Avropa Tennis Assosiasiyasının (Avropa Tennis) Ümumi İllik İclası keçirilib. Tədbirdə Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva iştirak edib.

İdman.Biz xəbər verir ki, iclas çərçivəsində Beynəlxalq Tennis Federasiyası (ITF) tərəfindən ənənəvi mükafatlandırma mərasimi baş tutub. Malta və Türkiyə kimi ölkələrin də yer aldığı siyahıda Azərbaycan tennisin inkişafında göstərdiyi gözəçarpan irəliləyişlərə görə xüsusi mükafata layiq görülüb.

Səbirə Abdullayeva qazanılan uğuru belə şərh edib:

"Bu uğur bizim və əlimizdən gələnin ən yaxşısını etməyə çalışan hər kəsin zəhmətinin nəticəsidir. Məlum məsələdir ki, tennis sahəsində gördüyümüz işlər Beynəlxalq Tennis Federasiyasının gözündən yayınmamışdır. Buna görə də beynəlxalq federasiya Azərbaycanın bu sahədə göstərdiyi səy və zəhməti layiqincə qiymətləndirib.
Bu münasibətlə Azərbaycan Tennis Federasiyasının prezidenti cənab Oqtay Əsədova, vitse-prezidenti cənab Mehman Qocayeva və Gənclər və İdman naziri cənab Fərid Qayıbova tennisin ölkədə inkişafına yol açan imkanları mümkün etdiyinə görə öz dərin təşəkkürümü bildirirəm. Əlbəttə ki, bu uğurun arxasında duran özümü və Federasiyanın baş məşqçisi Yalçın Manaflını da alqışlayıram".

İcraçı direktor ötən il şəxsi xidmətlərinə görə mükafatlandırıldığını xatırladaraq, builki nailiyyətin fərqli önəm daşıdığını bildirib:

"Bu gün Azərbaycanın adına təqdim olunan mükafatı qəbul edərkən duyduğum qürur hissi sözlə ifadə edilə bilməz. Bu, sadəcə bir mükafat deyil - Vətənimizin adını ucaltmağın verdiyi ən ali duyğunun təntənəsidir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 19:33

Azərbaycan U‑17 və U‑19 milli komandalarında yalnız 4 xarici futbolçu, rəqiblərində isə 14

Futbol
Bu gün, 19:28

Belçikalı hücumçu Romelu Lukaku milli karyerasını bitirdi

Futbol
Bu gün, 19:27

Harri Keyn: 3-2 qələbə ilə İngiltərə komandası fəxr edir

Cüdo
Bu gün, 19:12

Azərbaycan Cüdo Federasiyası dünya çempionatına yollanacaq gənclər milli komandası ilə görüşdü

Futbol
Bu gün, 19:01

Andorra mətbuatında Azərbaycan millətinin məğlubiyyətsiz altı oyunu ön plana çıxdı

Futbol
Bu gün, 18:59

Klopp Canni İnfantinonu tənqid etdi

Futbol
Bu gün, 18:49

Vinicius Junior: Ancelotti karyeramı dəyişdi

Futbol
Bu gün, 18:35

UEFA-nın sabiq vitse-prezidenti Zbiqnev Bonek Pep Qvardiolanı "futbolu öldürməkdə" ittiham etdi: Bunu nə əsasləyirlər?

Futbol
Bu gün, 18:29

Fermín Lopes: Barselona futbolçusu Premier Liqada transfer üçün təkliflər alıb

Futbol
Bu gün, 18:21

Braziliya futbolu əfsanəsi Dino Sani 94 yaşında vəfat etdi

Futbol
Bu gün, 18:20

Sumqayıt – Sabah maçı üçün biletlər satışda

Futbol
Bu gün, 18:15

Luiş Fiqu FIFA prezidenti üçün namizəd kimi irəli sürülür

Futbol
Bu gün, 18:08

"Zaqatala"nın baş məşqçisi Rakif Əliyev "Şimal" ilə oyun öncəsi açıqlama verib

Futbol
Bu gün, 18:00

II Liqa: Qaradağ Lökbatan lider, Şirvan Ağdaşı məğlub etdi

Futbol
Bu gün, 18:00

Braziliyada qadın U-20 futbol matçında kütləvi dava

Futbol
Bu gün, 17:55

Vüqar Nadirov: Azərbaycan millisi Lixtenşteyni 1-0 mağlub etdi, Andorra ilə yoldaşlıq oynayacaq

Qarabağ FK
Bu gün, 17:42

Aslan Kərimov: Andorra ilə oyunda əsas məqsəd yeni futbolçulara təcrübə verməkdir

Futbol
Bu gün, 17:40

Crystal Palace Danimarkalı məşqçi Tomas Frankı baş məşqçiyə təyin etdi

Futbol
Bu gün, 17:39

18 yaşlı Abel Nunes baş zərbəsindən sonra ölüb

Futbol
Bu gün, 17:36

Naxçıvan’da Ödənişsiz Futbol Hakimi Seminarı keçiriləcək

Futbol
Bu gün, 17:28

Tomas Frank yeni baş məşqçi olaraq Kristal Palace'a qoşulur

Futbol
Bu gün, 17:20

Qaret Beyl Sevilla klubunun alışı prosesində iştirak edə bilər

Futbol
Bu gün, 17:13

Arif Əsədov: Andorra ilə yoxlama matçı üçün ümid və gənclərə şans

Futbol
Bu gün, 17:12

Qalatasaray, Superligdə növbəti ev oyununu fərqli stadionda keçirəcək

Oxşar xəbərlər