top
Australian Open 2026: Melburndan İDMAN.BİZ-in reportajı Idman.biz
13 yanvar 2026, 13:28
- ↺ +

"Australian Open 2026": Melburndan İDMAN.BİZ-in reportajı

"Australian Open" növbəti dəfə dünyanın ən güclü tennisçilərini Melbourne Park kortlarında bir araya gətirib.

İdman.Biz-in məlumatına görə, turnir ənənəvi olaraq təkcə tennis azarkeşləri arasında deyil, avstraliyalılar arasında da böyük maraqla qarşılanır - yerli azarkeşlər təxminən üç həftə davam edən yarışlar ərzində həmvətənlərini xüsusi coşqu ilə dəstəkləyirlər.

Melburn haqlı olaraq Avstraliyanın idman paytaxtı hesab olunur. Turnir tez-tez "Happy Slam" adlandırılır və Böyük Dəbilqə yarışları arasında ən çox tamaşaçı toplayan turnir sayılır. Ötən il Melbourne Park-ı təxminən 1,2 milyon tamaşaçı ziyarət edib.

Bu günlərdə kortlarda seçmə mərhələnin oyunları keçirilir və bu mərhələ 15 yanvarda başa çatacaq. Seçmə mərhələdə dünya reytinqinin ilk 100-lüyünə daxil olmayan və wild card əldə etməyən tennisçilər mübarizə aparırlar. Əsas mərhələyə yüksəlmək üçün üç qələbə qazanmaq tələb olunur - kişilər və qadınlar arasında təkbətək yarışlarda ümumilikdə 16 yer uğrunda mübarizə gedir.

"Australian Open" 2026-nın rəsmi püşkatma mərasimi cümə axşamı, 15 yanvar tarixində, seçmə mərhələnin oyunları hələ başa çatmamış keçiriləcək. Tədbiri tanınmış avstraliyalı tennisçilər Yelena Dokiç və Todd Vudbric aparacaqlar.

Wild card dəvətnamələrinə gəlincə, onlar artıq paylanıb. Kişilər arasında əsas mərhələyə son üç wild card-ı Cordan Tompson, Kristofer O"Konnell və Böyük Dəbilqə turnirlərinin üçqat çempionu Sten Vavrinka əldə ediblər.

Bu il turnirin mükafat fondu 16 faiz artırılıb. Təkbətək yarışların qalibləri hər biri 4,15 milyon dollar qazanacaq.

Favoritlərdən danışsaq, dünya reytinqinin birincisi Arina Sobolenko ötən il finalda Medison Kizlə məğlubiyyətdən sonra Melburna qayıdır. Belaruslu tennisçi turnirə əla formada gəlir o, bu yaxınlarda Brisbane International turnirinin qalibi olub və "Australian Open"də üçüncü titulunu qazanmağı hədəfləyir.

Digər favoritlər sırasında Sobolenkonu "Roland Garros"da məğlub etmiş Koko Qauff, dünya reytinqində ikinci pillədə qərarlaşan və hazırkı Uimbldon çempionu İqa Şvyontek, eləcə də Uimbldonun finalçısı və ötən mövsümün əsas matçlarının iştirakçısı Amanda Anisimova yer alır.

Kişilər arasında isə ilin əsas qarşıdurması Karlos Alkaras və Yannik Sinner arasında davam edəcək. 2025-ci ildə Sinner "Australian Open" və "Uimbldon"u qazanıb, Alkaras isə "Roland Garros" və "US Open" turnirlərinin çempionu olub.

Turnirdə, həmçinin, yaxın vaxtlarda Adelaide International-da iştirakdan imtina etməsinə baxmayaraq, Novak Cokoviç də mübarizə aparacaq. Hesabında 10 "Australian Open" titulu olan serbiyalı tennisçi Melburndakı turnirə hazırlığa tam diqqət ayırdığını bildirib.

Avstraliyalı azarkeşlər dünya reytinqində yeddinci pillədə qərarlaşan Aleks de Minauru xüsusi maraqla izləyəcəklər. Bununla yanaşı, Nik Kirios rəsmi şəkildə təkbətək yarışlarda çıxış etməyəcəyini təsdiqləyib.

Bir sözlə, "Australian Open" sürət yığır və yaxın günlərdə Melburn kortlarına dünyanın ən güclü tennisçiləri çıxacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Bu gün, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Bu gün, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Bu gün, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Bu gün, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Bu gün, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Bu gün, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Bu gün, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Bu gün, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Bu gün, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Bu gün, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Bu gün, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Bu gün, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Futbol
Bu gün, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Futbol
Bu gün, 21:06

Vinisius "El-Klasiko"dan sonra "Barselona"ya münasibətini açıqladı

Futbol
Bu gün, 20:57

Qəbələ-2 əvəzediciləri Sumqayıt-2-ni 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 20:53

Barselona müdafiəçisi Kubarsi ‘Qızıl Top’ mərasiminə aparmayıb

Futbol
Bu gün, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrıldığını bəyənib

Futbol
Bu gün, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Şahmat
Bu gün, 20:38

Nicat Abasov və Gövhər Beydullayeva Bavariya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:27

Mbappe: 'Realda istedad yoxdur' iddiaları yanlışdır

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Futbol
Bu gün, 20:11

Bavariya"nın baş məşqçisinin vəziyyəti sabitdir, hələ diaqnoz yoxdur

Voleybol
Bu gün, 19:58

DH Volley avrokubokda ilk oyununu oynayacaq

Oxşar xəbərlər