top
Alkaras Sinsinnatidə Sinneri məğlub etdi, dünya reytinqində liderlik şansı yarandı Idman.biz
19 avqust 2025, 11:13
- ↺ +

Alkaras Sinsinnatidə Sinneri məğlub etdi, dünya reytinqində liderlik şansı yarandı

Dünyanın ikinci tennisçisi Karlos Alkaras ABŞ-nin Ohayo ştatında Sinsinnatidə keçirilən "Masters" turnirinin finalında dünya reytinqinin lideri Yannik Sinnerə qalib gələrək (5:0, rəqibin oyundan imtinası) karyerasında 8-ci "Masters" titulunu əldə edib.

İdman.biz xəbər verir ki, bu uğura ispaniyalı 22 yaş 3 aylığında nail olub.

Beləliklə, Alkaras tennis tarixində 8 "Masters" titulu qazanan ən gənc ikinci tennisçi olub. Bu göstəricidə rekord hələ də onun həmyerlisi Rafael Nadala məxsusdur - o, 2007-ci ildə Monte Karloda 20 yaş 10 aylığında 8-ci "Masters"ini qazanmışdı.

Bu, həmçinin Alkarasın "Masters" turnirlərində ardıcıl qalib gəldiyi 17-ci oyun olub. O, sonuncu dəfə 2025-ci il martın 22-də Mayamidə keçirilən yarışın ikinci mərhələsində belçikalı David Goffenə (7:5, 4:6, 3:6) uduzub.

Alkaras 2025-ci il mövsümündə 6-cı, karyerası ərzində isə 22-ci titulunu qazanıb. O bu il daha əvvəl Rotterdamda keçirilən ATP-500 kateqoriyalı sərt örtüklü turnirdə, Monte-Karlo və Romadakı torpaq örtüklü "Masters" turnirlərində, torpaq örtüklü "Böyük Dəbilqə" turniri olan "Roland-Garros"da və Londonda keçirilən ot örtüklü ATP-500 turnirində qalib olub.

Alkaras, eyni zamanda, əsas rəqibi Sinnerlə son yeddi qarşılaşmanın 6-da qələbə qazanıb. İspaniyalı onların ümumilikdə 14 duelindən 9-da, italiyalı isə 5-də qalib gəlib.

"Böyük Dəbilqə" turnirlərinin beşqat qalibi olan Alkarasın "US Open 2025" turnirindən sonra ATP reytinqində birinci yerə yüksəlmək imkanı var. O, hazırkı lider - "Böyük Dəbilqə" turnirlərinin dördqat qalibi Sinneri zirvədən sala bilər.

Sinsinnatidəki qələbədən sonra Alkarasla Sinner arasındakı xal fərqi 1890-dır. "US Open 2025" turnirində Sinner 2000 xalı, Alkaras isə cəmi 50 xalı qorumağa çalışacaq (ötən il 2-ci mərhələdə uduzmuşdu).

Beləliklə, Alkaras "US Open 2025" turnirində Sinner qədər və ya daha çox oyun da qalib gəlsə, dünya reytinqinin yeni lideri olacaq.

Qeyd edək ki, Sinner 2024-cü ilin iyunundan bəri ATP reytinqinin zirvəsində qərarlaşıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Oxşar xəbərlər