Şirvan Olimpiya İdman Kompleksində “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Bu barədə “Report”-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
“Azərbaycan Şahmat Turu”nun təqviminə uyğun olaraq təşkil edilən festivalda 6 ölkəni təmsil edən 147 şahmatçı iştirak edir. Açılış mərasimindən əvvəl Şirvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.