top
Azərbaycan və ABŞ arasında şahmat sahəsində əməkdaşlıq yaradılır - FOTO Idman.biz
10 may 2025, 14:14
- ↺ +

Azərbaycan və ABŞ arasında şahmat sahəsində əməkdaşlıq yaradılır - FOTO

ABŞ və Azərbaycan arasında şahmat sahəsində əməkdaşlıq məqsədilə Vüqar Həşimov Şahmat Akademiyası ilə San Dieoqonun La Xoya Məktəbi arasında tərəfdaşlıq sazişi imzalanıb.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Şahmat Akademiyasının prezidenti Sərxan Həşimovun iştirakı ilə San Dieqo Dövlət Universitetində baş tutmuş imzalanma mərasimindən sonra adıçəkilən ali təhsil müəssisəsində ilk dəfə olaraq Azərbaycan Günü tədbiri keçirilib.

Universitetin təşkilati dəstəyi və azərbaycanlı tələbə Vaqif Qiyaslının iştirakı ilə baş tutan tədbir müxtəlif ölkələrdən olan iştirakçılara Azərbaycanın zəngin tarixini, mədəniyyətini, musiqisini və mətbəxini daha yaxından tanıtmaq imkanı yaradıb.

Təqdimat zamanı iştirakçılar Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, Ümummilli Lider Heydər Əliyevin müasir dövlətçiliyimizdə aparıcı rolu, Prezident İlham Əliyevin apardığı siyasət və təşəbbüslərlə tanış olublar.

Baş Konsul Vüqar Qurbanov ölkəmizin mültiluıturalizm sahəsində nümunəvi dövlət olduğunu vurğulayıb, ölkəmizin regionun inkişafında həlledici rolunu qeyd edib və iştirakçıları ölkəmizlə daha yaxından tanış olmağa dəvət edib.

San Dieqo Dövlət Universitetinin prezidenti Adela de la Torre, beynəlxalq əməkdaşlıq üzrə vitse-prezident Kristina Alfaro və idarə heyətinin digər üzvləri ilə görüşdə Azərbaycanla təhsil sahəsində əlaqələr və mümkün əməkdaşlıq müzakirə olunub.

San Dieqonun KUSİ TV televiziya kanalında canlı yayıma qatılan baş konsul Vüqar Qurbanov və qrosmeyster Vasif Durarbəyli Azərbaycanla bağlı məlumat verib, ölkəmiz haqqında sualları cavablandırıblar.

Bundan başqa, San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə 7-ci şahmat turniri keçirilib.

Koronado kitabxanasında təşkil olunan San-Dieqo - Azərbaycan gənclərarası şahmat turnirində 8-18 yaş arasında 40 amerikalı şahmatçı mübarizə aparıb.

İlk üç yeri tutan şahmatçılara Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, həmçinin bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvenirlər təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycan, ölkəmizdə şahmat idmanının inkişafı və məhşur Azərbaycanlı şahmatçılar barədə məlumat verilib. Fəxri qonaq qismində tədbirə qatılan qrosmeyster Vasif Durarbəyli San Dieqolu gənc şahmatçılara məsləhətlər verib.

Sadalanan tədbirlərdən başqa, San Dieqonun Müqəddəs Aqustin məktəbində keçirilmiş qəbulda adıçəkilən şəhərin ictimai və siyasi xadimləri Azərbaycanla bağlı məlumatlandırılıb və ölkəmizin turizm imkanlarını özündə əks etdirən video təqdim olunub.

Silsilə tədbirlərin davamı olaraq Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda qrosmeyster Vasif Dürarbəylinin iştirakı ilə şahmat həvəskarları üçün görüş təşkil edilib. Los Ancelesdə yaşayan həmvətənlərimizə ölkəmizdə şahmatın inkişafı tarixi, Ümummilli Lider Heydər Əliyevin şahmatın inkişafına verdiyi töhfə və əvəzolunmaz dəstək barədə təqdimat edilib.

Daha sonra qısa ustad dərsi verən Durarbəyli şahmat həvəskarları ilə yoldaşlıq oyunları keçirib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Oxşar xəbərlər