«Kəpəz» klubunun rəsmi fan-şopu «1959 Store» fəaliyyətə başlayıb. Sport24.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb:
«Klubumuza aid rəsmi azarkeş atributları və aksesuarlarının satışını həyata keçirən mağaza «Kəpəz»sevərlərin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə ərsəyə gəlib. Fan-shopda həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı formalar, oyun formaları, nostalji formalar, şərflər və digər aksesuarlar satılır.
Ünvan: Gəncə şəhər stadionunun mərkəzi girişi
İş qrafiki: hər gün saat 11:00-19:00 («Kəpəz»in ev oyunlarında mağaza matçın sonunadək işləyir, səfər qarşılaşmalarında isə istirahət günüdür).