Bu gün futbol üzrə Misli Premyer Liqasının 11-ci turu çərçivəsində ikinci qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Zirə" "Qəbələ"ni qəbul edəcək.
Oyun saat 18:30-də başlayacaq. "Zirə" 16 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Səkkiz xala malik "Qəbələ" isə 10-cu sırada yer alıb.
Misli Premyer Liqası
Birinci dövrə 11-ci tur
7 noyabr (şənbə)
18:30. "Zirə" - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 8-də yekun vurulacaq.