top
Yassin Benzia: “Qarabağ”ı təmsil etdiyim üçün qürur duyuram” Qarabağ FK
26 noyabr 2024, 23:55
- ↺ +

Yassin Benzia: “Qarabağ”ı təmsil etdiyim üçün qürur duyuram”

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransanın "Lion" klubu ilə qarşılaşacaq. Komandamızın əlcəzairli futbolçusu Yassin Benzia saytımıza açıqlama verib.

30 yaşlı yarımmüdafiəçi peşəkar karyerasına başladığı, 2011-15-ci illərdə formasını geyindiyi kluba qarşı oynamağa xüsusi önəm verdiyini bildirib: "Mənim üçün "Lion"a qarşı oynamaq çox xüsusi hissdir. Ona görə də bu oyun böyük əhəmiyyət daşıyır. Mən belə oyunları xoşlayıram. Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərimizdən birinin "Lion" olduğunu biləndən bu anı səbirsizliklə gözləyirəm. Mən "Lion"un futbol akademiyasından çox şey öyrəndim. Bu, dünyanın ən yaxşı akademiyalarından biridir. Orada qazandığım biliklər üçün hər zaman "Lion"a minnətdar olacağam".

"Lion"dan sonra "Lill" və "Dijon"da da forma geyinmiş Benzia Əlcəzair millisini seçənə qədər Fransanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində çıxış etdiyi üçün bu ölkənin futboluna yaxşı bələddir: "Lion"u və Fransa futbolunu çox yaxşı tanıyıram. Komandamın bu oyunda qələbə qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. "Lion"a qarşı matç bizim üçün çox vacib oyundur. Hazırda burada oynayıram və "Qarabağ"ı təmsil etdiyim üçün qürur duyuram. "Lion" çox yaxşı heyətə malikdir. Amma biz doğma azarkeşlərimiz önündə oynayırıq. Bizim də güclü komandamız var. Futbolda heç vaxt nə olacağını öncədən bilmək olmaz. Lakin bildiyimiz odur ki, bu oyunda 100% gücümüzü ortaya qoyacağıq".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Lion" görüşü saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Futbol
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt dəyərində Dünya Çempionatı hüquqları üzrə gizli danışıqları

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Futbol
Bu gün, 11:53

Premyer Liqanın 18 klubu “Mançester Siti”nin sponsorları ilə bağlı hüquqi müdafiəni dəstəklədi

Cüdo
Bu gün, 11:38

Tahir Abdullayev çəkisini aşsa da UFC-də döyüşəcək

Digər
Bu gün, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Futbol
Bu gün, 11:23

Fransa Milli Futbolçusu 40 Yaşında Geri Dönüş: Bordo Klubunu Dəstəkləmək Üçün Yolda

Futbol
Bu gün, 11:20

Dani Alves: "Həbsxanada 113 avro ilə yaşayarkən, futbolda milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim"

Futbol
Bu gün, 11:10

Real Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Oxşar xəbərlər