top
Vüqar Nadirov: Qarabağın Avropa Liqasındakı uğurları davam edəcək Idman.biz
17 iyun 2026, 12:57
- ↺ +

Vüqar Nadirov: Qarabağın Avropa Liqasındakı uğurları davam edəcək

"Rəqibə hörmətlə yanaşmaq lazımdır. Onların da müəyyən imkanları və büdcələri var".

Bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib.

O, ilk raundda İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq Ağdam təmsilçisinin mərhələni adlamaq üçün kifayət qədər potensiala malik olduğunu bildirib.

"Düşünürəm ki, "Qarabağ" İslandiya klubunu keçə bilər. Bununla belə, rəqibi də kiçiltmək olmaz. Avrokuboklarda zəif komanda olmur. Hər bir rəqibə ciddi yanaşmaq lazımdır", - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

V.Nadirov qeyd edib ki, "Qarabağ"ın heyəti hələ tam formalaşmayıb və transfer çalışmalarının davam etməsi komanda üçün vacib amillərdəndir:

"Komandadan ayrılan futbolçuların yeri mütləq doldurulmalıdır. Kevin Medina və Toral Bayramovun gedişi ciddi itkilərdir. Hər iki oyunçu uzun illər kollektivin əsas üzvlərindən olub. Ancaq "Qarabağ"ın son illərdəki təcrübəsi göstərir ki, komandaya gələn futbolçular qısa müddətdə uyğunlaşa və faydalı ola bilirlər".

Sabiq hücumçu baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın yenidən uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb: "Qarabağ" illərdir avrokuboklarda ölkəmizi layiqincə təmsil edir. İnanıram ki, bu mövsüm də komanda azarkeşlərini sevindirəcək. Hesab edirəm ki, "Qarabağ" UEFA Avropa Liqasında daha da irəli gedə və uğurlu nəticələr qazana bilər".

Xatırladaq ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək. "Köhlən atlar"ın ikinci raunddakı rəqibi bu gün bəlli olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər