top
Velko Simiç: “Çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik” - MÜSAHİBƏ Idman.biz
21 oktyabr 2026, 14:16
- ↺ +

Velko Simiç: “Çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik” - MÜSAHİBƏ

" Düşünürəm ki, matçın böyük hissəsində həqiqətən çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik".

Bunu "Sabah"ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda evdə "Borussiya Dortmund"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyun haqqında fikirləriniz necədir?

– Düşünürəm ki, matçın böyük hissəsində həqiqətən çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik. Təəssüf ki, sonda istədiyimiz nəticəni əldə edə bilmədik. Amma bu performansın üzərində işləyə bilərik və inanıram ki, qrup mərhələsində daha çox xal qazanacağıq.

– Məncə, bu matçda çox yaxşı oynadınız. İkinci hissədə "Borussiya" sizə qarşı daha çox müdafiə futbolu oynadı. Sizcə, Dortmund təmsilçisi "Sabah"dan çəkindi?

– Sizcə, Dortmund "Sabah"dan qorxur? (gülür) Xeyr, belə düşünmürəm. Dortmundun "Sabah"dan qorxduğunu demək, əlbəttə ki, düzgün olmazdı. Amma dediyim kimi, biz onlarla rəqabət apara biləcəyimizi göstərdik. Gələcək oyunlarda diqqət etməli olduğumuz məqam ilk hissənin ilk 15 dəqiqəsi və ikinci hissənin ilk 10-15 dəqiqəsidir. Həmin anlarda sanki meydanda deyildik, oyuna tam hazır görünmürdük. Rəqib də bundan istifadə etdi, çünki çox yüksək keyfiyyətə malik komandadır.

– Düşünürəm ki, bu ay oyun təqviminiz çox çətindir. Növbəti matçınız "Qarabağ"a qarşı olacaq. Bu, həm də derbi deməkdir. Qarşıdakı oyun barədə nə deyə bilərsiniz?

– Bəli, oyun təqvimimiz həqiqətən çətindir. Çempionlar Liqasında matçlarımız var idi, çempionatda "Neftçi" ilə qarşılaşdıq, indi isə bizi "Qarabağ"la oyun gözləyir. Amma bu, bizim istədiyimizdir. Çempionlar Liqasında oynamaq və ən yüksək səviyyədə mübarizə aparmaq istəyirdik. Buna görə də yolumuza davam edəcəyik və hər oyuna ayrı-ayrılıqda köklənəcəyik. İndi bu matçı unutmalı və "Qarabağ"la derbiyə hazırlaşmalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Futbol
Bu gün, 11:23

Fransa Milli Futbolçusu 40 Yaşında Geri Dönüş: Bordo Klubunu Dəstəkləmək Üçün Yolda

Futbol
Bu gün, 11:20

Dani Alves: "Həbsxanada 113 avro ilə yaşayarkən, futbolda milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim"

Futbol
Bu gün, 11:10

Real Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Basketbol
Bu gün, 10:53

LANDAU Lions klubunun oyunçusu Orelik Gediminas: Zədəli oyunçular məğlubiyyətə səbəb oldu

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Futbol
Bu gün, 08:40

Li Kan İn xaricdə 2026-cı ilin ən yaxşı Asiyalı futbolçusu, “Traktor”un qapıçısı Əlirza Beyranvənd isə Asiyanın ən yaxşı futbolçusu seçildi

Oxşar xəbərlər