top
Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır Idman.biz
Bu gün, 11:29
- ↺ +

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

"Qarabağ"ın ukraynalı futbolçusu Aleksey Kaşukun cari mövsümdəki çıxışı ölkəsinin mətbuatında diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, Ukrayna mətbuatında dərc olunan geniş təhlildə 26 yaşlı yarımmüdafiəçinin Ağdam təmsilçisindəki rolunun əhəmiyyətli dərəcədə artdığı və milli komandaya namizəd kimi nəzərdən keçirilməyə layiq olduğu bildirilib.

Məqalədə qeyd olunur ki, Kaşuk cari mövsümdə keçirdiyi 15 oyunda beş qol vurub və bir məhsuldar ötürmə edib. Müəllifin fikrincə, futbolçunun inkişafını yalnız statistik göstəricilərlə deyil, komandadakı mövqeyinin dəyişməsi ilə də qiymətləndirmək lazımdır.

Ukrayna nəşri Kaşukun əsas heyətdə möhkəmlənməsini Leandro Andradenin "Polissya"ya transferi ilə əlaqələndirib. Bildirilib ki, uzun müddət "Qarabağ"ın sağ cinahında əsas seçim olan kabo-verdeli futbolçunun ayrılması ukraynalı oyunçu üçün yeni imkanlar yaradıb.

Müəllif vurğulayıb ki, Kaşuk yaranmış fürsətdən uğurla istifadə edib və komandanın hücum xəttində əsas fiqurlardan birinə çevrilib.

Yazıda "Qarabağ"ın heyətində baş verən dəyişikliklərə də toxunulub. Ötən mövsüm çempionluğu "Sabah"a uduzan Ağdam klubunun yenilənmə mərhələsindən keçdiyi, xüsusilə hücum xəttinə yeni futbolçuların cəlb olunduğu qeyd edilib.

Bununla belə, Kaşukun klubun oyun sisteminə daha yaxşı bələd olması və müxtəlif hücum mövqelərində çıxış etmək bacarığı onun üstünlüyü kimi göstərilib.

Məqalədə futbolçunun "Qarabağ" karyerasında keçirdiyi 87 oyunda 17 qol və 13 məhsuldar ötürmə ilə yadda qaldığı bildirilib. Onun əvvəllər "Sabah"da 41 qarşılaşmada 18 qol və 12 assist etməsi də xatırladılıb.

Ukraynalı jurnalist Kaşukun bu mövsüm "Şamaxı", "Zirə", "İmişli" və "Neftçi" ilə oyunlarda fərqləndiyini xüsusi vurğulayıb. Həmçinin futbolçunun Kiyev "Dinamo"su və "Benfika" ilə qarşılaşmalardakı çıxışı yüksək qiymətləndirilib.

Yazının əsas diqqətçəkən məqamı isə Kaşukun Ukrayna millisinə mümkün dəvəti ilə bağlıdır.

Müəllif hesab edir ki, Ukrayna yığmasının sağ cinahında alternativlərin məhdud olması "Qarabağ"ın futbolçusuna şans verilməsi üçün əsas yaradır. Viktor Tsıqankovun bu mövqedə əsas namizədlərdən biri olduğu, lakin ona əvəzedici futbolçunun lazım gəldiyi qeyd edilib.

Təhlildə Azərbaycan və Ukraynanın UEFA-nın ölkələr reytinqində qonşu pillələrdə qərarlaşmasına da diqqət çəkilib. Azərbaycanın 24-cü, Ukraynanın isə 23-cü yerdə olması iki ölkənin klub futbolu arasındakı səviyyə fərqinin əvvəlki qədər böyük olmadığını göstərən arqument kimi təqdim edilib.

Müəllif yekunda Kaşukun mütləq əsas heyətdə oynamasının vacib olmadığını, lakin onun milli komandanın məşqçilər korpusu tərəfindən diqqətlə izlənilməli olduğunu vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Oxşar xəbərlər