top
“Uğurlu nəticə əldə etmək istəyirik” Qarabağ FK
29 yanvar 2025, 23:47
- ↺ +

“Uğurlu nəticə əldə etmək istəyirik”

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində keçiriləcək "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçisi Julio Romaonun mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

"Liqa mərhələsində son oyunumuzdur. Çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. Şübhə etmirəm ki, "Olimpiakos" bu mövsüm də Avropa Liqasının qalibi olmağa iddialıdır. Bu komanda ötən mövsüm Konfrans Liqasını qazanmışdı. Hədəfləri böyük olan kluba qarşı çıxış edəcəyik. Son oyunumuzda yaxşı oyun sərgiləmək və uğurlu nəticə əldə etmək istəyirik".

Baş məşqçi 2008-ci ildən bəri komandamızı çalışdırmasının səbəbləri barədə də danışıb: "Uzun müddət eyni komandada çalışmaq asan deyil. Futbol kollektiv oyundur və işin gedişatında daim dəyişikliklər olmalıdır. İllər boyu yeni futbolçular komandaya dəvət edir və uğurun davamı üçün çalışırsan. Bəxtim onda gətirib ki, yaxşı rəhbərliklə birgə işləyirəm. Çox yaxşı rəhbərliyimiz, idarəçilərimiz var. İddialı kollektiv formalaşdırmaqda həmişə yanımda olublar. Uğurlu nəticə qazanmağımız üçün maksimum çalışıblar. Futbolda bir məşqçinin uzun müddət eyni komandada işlədiyi hallar olub. Biz də bu iddianı qoruyub saxlamağa çalışmışıq".

Julio Romao isə səfərdən uğurlu nəticə ilə dönmək istədiklərini söyləyib: "Sabah müəyyən detallar oyunun taleyini həll edəcək. Turnir cədvəli baxımından "Olimpiakos" daha yaxşı vəziyyətdədir. Rəqibimiz növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparır. Biz isə aşağı sıralarda qərarlaşmağımıza baxmayaraq, Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək üçün sabah uğurlu nəticə qazanmağa çalışacağıq. Bizim üçün hər bir oyun önəmlidir. Bütün matçlara müsbət nəticə əldə etmək üçün çıxırıq. Sabah da turniri qalibiyyətlə bitirməkdən ötrü əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, sabah Pireydə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər