19 yaşadək futbolçulardan ibarət komandamız UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. "Qarabağ" Çempionlar yolunun II təsnifat mərhələsində Xorvatiya çempionu Zaqreb "Dinamo"su cavab matçına çıxıb. Zapreşiç şəhərinin İvan Lalyak-İviç stadionunda baş tutan qarşılaşmada meydan sahibləri 7:0 hesablı qələbə qazanıb.