top
“Turan Tovuz”un keçmiş kapitanı Şəhriyar Əliyev çempionluq mübarizəsinin çətinliyini və komandaya dəstəyini açıqladı Idman.biz
Bu gün, 18:02
- ↺ +

“Turan Tovuz”un keçmiş kapitanı Şəhriyar Əliyev çempionluq mübarizəsinin çətinliyini və komandaya dəstəyini açıqladı

"Çempionatda asan rəqib yoxdur, hər bir komanda digərindən xal ala bilər. Düşünürəm ki, bu mövsüm mübarizə ağır keçəcək və hər xal qızıla bərabər olacaq".

Bunu Azərbaycan millisinin və "Turan Tovuz"un sabiq futbolçusu Şəhriyar Əliyev deyib.

O bildirib ki, keçmiş komandasının oyunlarını mütəmadi izləyir.

"Turan Tovuz"un formalaşmasında ilk gündən əziyyətim olub. Odur ki, komandanın uğur qazanmağını arzulayıram", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Keçmiş kapitan qeyd edib ki, bəzi oyunlarda xal itkiləri çempionatın sonunda komandanın mövqeyinə təsir göstərə bilər:

"Hazırda çempionluq uğrunda həqiqətən gərgin mübarizə gedir. "Neftçi", "Sabah" və "Qarabağ"ın çıxışını nəzərə alsaq, çempionluq uğrunda mübarizə çətin olacaq. Bəzən komanda bir oyunda çox yaxşı, digərində isə zəif çıxış edir. Bunun səbəbinin futbolçuların oyuna hazırlığı, yoxsa başqa amillərlə bağlı olduğunu deyə bilmərəm, çünki komandanın daxilində deyiləm".

Müdafiəçi Azərbaycan çempionatında avrokuboklara vəsiqə uğrunda mübarizənin çətin keçəcəyini diqqətə çatdırıb:

"Hazırda komandalar arasında rəqabət güclənib və əvvəlcədən gözlənilməyən nəticələr qeydə alınır. Məsələn, "Şamaxı" kimi komandalar da rəqiblərindən xal almağı bacarırlar".

Şəhriyar Əliyevin sözlərinə görə, ilk "üçlük"də yer almaq avrokuboklarda iştirak baxımından mühüm əhəmiyyət daşıyır:

"Düşünürəm ki, çətin olacaq. Hər bir komanda üçün mübarizə ağır keçəcək".

33 yaşlı oyunçu bəzi komandaların güclü rəqiblərə qarşı yaxşı mübarizə aparmasına baxmayaraq, autsayderlərə uduzmasının mümkün səbəblərindən də danışıb. O qeyd edib ki, burada futbolçuların oyuna yanaşması və həftə ərzində məşqlərə münasibəti rol oynaya bilər:

"Bəlkə də futbolçularda müəyyən rahatlıq yaranır, düşünürlər ki, meydana çıxıb asanlıqla xal qazanacaqlar. Amma çempionatda asan rəqib yoxdur. Hər bir komanda digərindən xal ala bilər"

"Turan Tovuz"un hazırkı oyun üslubundakı çatışmazlıqlara münasibət bildirən Şəhriyar Əliyev vurğulayıb ki, hər baş məşqçinin öz oyun fəlsəfəsi və futbolçulardan tələbləri var. Onun fikrincə, futbolçular məşqçinin müəyyənləşdirdiyi oyun planına uyğun çıxış etməlidirlər. Bu yanaşma təkcə "Turan Tovuz"a deyil, çempionatda mübarizə aparan bütün komandalara aiddir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında səkkiz turdan sonra 14 xal toplayan "Turan Tovuz" dördüncü pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:27

Ruben Amorim “Milan”ı tarixində üçüncü məşqçi etdi

Futbol
Bu gün, 20:23

Akim Zedadka: Evdə azarkeş dəstəyi önəmlidir, Çempionlar Liqasında asan oyun yoxdur

Digər
Bu gün, 20:08

Azərbaycan Taekvondo Milli Komandası Qəbələdə Təlim‑Məşq Toplanışını Davam etdirir

Futbol
Bu gün, 19:59

Sabah U-19 komandası 20 oktyabrda Borussia Dortmundla UEFA Gənclər Liqasının matçına çıxacaq

Futbol
Bu gün, 19:58

Sergen Yalçına Türkiyə millisinin baş məşqçiliyi təklifi

Futbol
Bu gün, 19:36

Luis Enrike Lamin Yamalını necə dayandırmağı izah etdi, Messi ilə müqayisəni də şərh etdi

Futbol
Bu gün, 19:33

Borussiya Dortmundun baş məşqçisi Niko Kovaç “Sabah”ı təhlil edib, qələbə hədəfləyir

Futbol
Bu gün, 19:27

Azərbaycan Birinci Liqası altıncı turun hakimi təyin edildi

Voleybol
Bu gün, 19:19

"Turan" voleybol komandası Avropada Çempionlar Liqasında tarix yazmaq istəyir

Minifutbol
Bu gün, 19:17

AFFA nümayəndəsi Ferrux Hüseynzadə UEFA təyinatı alıb

Futbol
Bu gün, 19:05

Borussiya Dortmund Bakı Olimpiya Stadionunda "Sabah" qarşısında son məşqini keçirdi - FOTO/VİDEO

Futbol
Bu gün, 19:02

Bornmut Aleks Skottun transfer qiymətinin Liverpool və Chelsea üçün artırılması

Futbol
Bu gün, 18:47

Manchester City‑nin Premyer Liqada qalması xalların silinməsi səbəbindən riskdədir

Futbol
Bu gün, 18:41

“Kəpəz”in matçlarından sonra Gəncə stadionunun ətrafı işıqsız qalır - sakinlər narazıdır

Güləş
Bu gün, 18:37

Elmir Əliyev Dünya Çempionluğunu Əldən Vermə Səbəblərini İzah Edib

Futbol
Bu gün, 18:32

Vitinya Yamal Qızıl Top şanslarını dəyərləndirdi: PSJ‑nin qalib gəlməsi daha ədalətli olar

Digər
Bu gün, 18:18

Morteza Validarvi: Airbadminton komandamız qızıl medal qazanmaq potensialına malikdir

Futbol
Bu gün, 18:10

Fransadakı iğtişaşlar PSJ–Barselona matcını təhlükə altına saldı, amma rəsmi qərar oyunun təxirə salınmayacağını bildirdi

Voleybol
Bu gün, 17:59

Turan Voleybol Klubunun prezidenti Zeynalov “Turan Tovuz”un son məğlubiyyəti, legioner oyunçuların çətinlikləri və qadın‑kişi voleybolu arasındakı fərqlər barədə danışdı

Güləş
Bu gün, 17:40

Rahilə Hüseynzadə Avropa U‑23 və gənclər çempionatında 2 gümüş, 1 bürünc medal qazandı

Futbol
Bu gün, 17:25

AC Milan Adrian Rabiot ilə yeni müqavilə danışıqları başladı;

Voleybol
Bu gün, 17:23

“Turan” voleybol klubunun növbəti Çempionlar Liqası oyunu Tovuzda keçiriləcək

Qarabağ FK
Bu gün, 17:20

U-15 milli komandamızın UEFA İnkişaf Turnirində qarşılaşacağı rəqiblər müəyyən oldu

Oxşar xəbərlər