top
“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO Idman.biz
Bu gün, 13:53
- ↺ +

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Fransa mətbuatı "Sent-Etyen"in 2023/2024 mövsümündə ölkə çempionatının yüksək dəstəsinə yüksəlməsinə kömək etmiş futbolçuların sonrakı karyerasına nəzər salıb. Araşdırmada hazırda "Turan Tovuz"da çıxış edən seneqallı hücumçu İbrahima Vadji də yer alıb.

İdman.Biz Fransa mediasına istinadən xəbər verir ki, 2023/2024 mövsümündə "Sent-Etyen"in heyətində Liqa 2-də 486 dəqiqə meydanda olan Vadji daha sonra karyerasını Azərbaycanda davam etdirib.

Nəşr 31 yaşlı hücumçunun "Turan Tovuz"un heyətindəki çıxışına da diqqət ayırıb. Bildirilib ki, futbolçu cari mövsümdə altı qarşılaşmada meydana çıxıb və bir qol vurub.

Xatırladaq ki, "Sent-Etyen" 2023/2024 mövsümünün sonunda pley-off mərhələsində "Mets"i məğlub edərək Fransa Liqa 1-ə yüksəlmişdi. Lakin komanda yüksək dəstədə yalnız bir mövsüm qala bilib.

Vadji həmçinin 2021/2022 mövsümündə "Qarabağ"ın da formasını geyinib. O, meydana çıxdığı 36 qarşılaşmada 20 qol vurub və üç məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Sent-Etyen" Azərbaycan futbolsevərlərinə də yaxşı tanışdır. Fransa təmsilçisi 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşıb. Bakıda keçirilən görüş qolsuz başa çatıb, Fransadakı oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Səfər matçında Vüqar Nadirov Azərbaycan çempionunu hesabda önə keçirsə də, Riki van Volfsvinkel tarazlığı bərpa edib.

"Sent-Etyen" 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində Azərbaycanın digər təmsilçisi "Qəbələ" ilə də üz-üzə gəlib. Fransa klubu evdə 1:0, səfərdə isə 2:1 hesabı ilə qalib gəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Digər
Bu gün, 13:13

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Oxşar xəbərlər