top
Tahir Gözel: “Yeni mövsümə böyük motivasiya ilə hazırlaşacağıq” Qarabağ FK
25 may 2024, 17:34
- ↺ +

Tahir Gözel: “Yeni mövsümə böyük motivasiya ilə hazırlaşacağıq”

Sabah Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq. XXXVI turun "Azersun Arena"da keçiriləcək "Araz-Naxçıvan" – "Qarabağ" oyunundan sonra komandamıza qızıl medallar və çempionluq kuboku təqdim ediləcək.

Klubumuzun prezidenti Tahir Gözel ölkə xaricində təşkil olunan vacib tədbirə qatıldığı üçün mükafatlandırmada iştirak edə bilməyəcək. O, klubumuzun mətbuat xidmətinə açıqlamasında komandanı və azarkeşləri növbəti uğurlu mövsüm münasibətilə təbrik edib:

"Daha bir möhtəşəm mövsümə şahid olduq. Azərbaycan xalqı, bütün dünya Avropada mükəmməl bir "Qarabağ" izlədi. Ardıcıl 10-cu dəfə avrokubokların qrupunda mübarizə aparan komandamız pley-offda Portuqaliyanın tanınmış "Braqa" klubunu məğlub etdi, Avropada heç kimə uduzmayan "Bayer"in seriyasını qırmağa yaxın oldu. Almaniya təmsilçisinin baş məşqçisi və futbolçuları komandamızla qarşılaşmaların çox çətin keçdiyini dəfələrlə vurğuladılar. Bu uğurların ardınca "Qarabağ" Premyer Liqada ardıcıl 3-cü, tarixində 11-ci çempionluğunu qazandı. Sabah komandamıza növbəti qızıl medallar təqdim olunacaq. Vacib, təxirəsalınmaz işlərimlə bağlı komandamızın mükafatlandırma mərasimində iştirak edə bilməyəcəyəm. Amma ürəyim komandamızın yanında olacaq. Bu dəfə qızıl medalları sona 8 tur qalmış təmin etdik ki, bu da yeni rekord oldu. Hətta Avropada, dünyada belə erkən çempionluq tituluna yiyələnən komandalar çox az olub. Lakin buna baxmayaraq, uğur heç də asanlıqla əldə edilmədi. Hər komanda bizdən xal almağa çalışır, "Qarabağ" Avropada tarix yazdıqca Azərbaycan çempionatında hər komandanın bizə qarşı motivasiyası artır. Bu da bizi sevindirir. Yerli klubların bizə rəqabət yaratmağa çalışması "Qarabağ"ı Avropaya daha yaxşı hazırlayır və çempionatın səviyyəsinin qalxmasına təkan verir. Heç kim düşünməsin ki, Premyer Liqadakı rəqiblərimiz zəifdir, əksinə onlar güclüdürlər, amma onların qarşısında daha da güclü, Avropa təcrübəsinə malik "Qarabağ" var. Bütün bu uğurlar bizim "Qarabağ"da yaratdığımız birlik ruhunun nəticəsidir. Klubun rəhbərliyindən, baş məşqçisindən sıravi işçisinə kimi hamının arasında böyük mənəvi birlik var. Rekord sayda 11-ci çempionluq münasibətilə başda məşqçilər heyəti olmaqla, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi "Qarabağ"la döyünən bütün azarkeşlərimizi təbrik edirəm".

Klubumuzun prezidenti növbəti hədəflərə də toxunub: "Əldə olunan nəticələr "Qarabağ"ın dünya və Avropa reytinqlərində yüksəlməsinə də əsas verib. Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının dünya reytinqində 48-ci yerdədir ki, on minlərlə klub bu siyahida yer almaq üçün mübarizə aparır. Çempionluq kubokunu doğma "Azersun Arena"da aldıqdan sonra bizi kubok uğrunda final qarşılaşması gözləyir. Həmin oyunda iştirak edəcəyəm. Görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. "Zirə" çox güclü komandadır və Rəşad Sadıqov mükəmməl heyət formalaşdırıb. Amma biz də daha bir titul qazanmağa, mövsümü "Qızıl dubl"la tamamlanmağa çalışacağıq. Ardınca isə yeni mövsümə böyük motivasiya, böyük ümid və inamla hazırlaşacağıq. Titulumuzu növbəti dəfə qorumaq, Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq. İllərdir Qarabağ adını Avropada qürurla daşıyırıq və artıq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində azad Qarabağı təmsil edirik. "Qarabağ" adının, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını anlayırıq və bilirik ki, "Qarabağ" futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada layiqincə təmsil etməliyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir və komandamıza inamım sonsuzdur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Oxşar xəbərlər