top
Tahir Gözel: “Xocalı soyqırımı heç vaxt unudulmayacaq” Qarabağ FK
26 fevral 2025, 23:55
- +

Tahir Gözel: “Xocalı soyqırımı heç vaxt unudulmayacaq”

Xocalı soyqırımından 33 il ötür. Klubumuzun prezidenti Tahir Gözel 1992-ci ildə yaşanan faciə ilə bağlı fikirlərini klubumuzun saytı ilə bölüşüb:


"Azərbaycan tarixinin unudulmaz yarası, azərbaycanlıların soyqırımının törədildiyi Xocalı hadisələrindən 33 il ötür. Uzun illər Qarabağ haqqında danışanda çətinlik çəkir, soyqırımı Xocalıdan kənarda anırdıq. Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun qazandığı şanlı qələbədən sonra Qarabağ barədə qürurla danışa bilirik. Artıq doğma torpaqlarımıza qayıtmışıq. İndi Xocalıda Azərbaycan bayrağı dalğalanır. Soyqırım gününü Xocalıda günahsız qurbanların xatirəsini anaraq qeyd edə bilirik. Əminəm ki, indi şəhidlərimizin ruhu şaddır.
Dünya tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmayacağıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımda 63-ü uşaq, 106-sı qadın, 70–i yaşlı olmaqla 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, 150 insan itkin düşüb, 1000-dən çox insan girov götürülüb. Bunları yaddan çıxara bilmərik. Bu, tək Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Həmin gecə yaşananları hər kəs düşünməli, biganə qalmamalıdır. Dünya dövlətlərinin Xocalıda baş verənlərə hüquqi qiymət verəcəyinə ümid edirik".


"Qarabağ"ın torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərimizin təsəllisi olduğunu söyləyən Tahir Gözel klubun fərqli məsuliyyət və missiya daşıdığını vurğulayıb: "Qarabağ" Futbol Klubu həmişə fərqli missiya daşıyıb. Bu ad bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib. Biz Qarabağ adını Avropada layiqli şəkildə təmsil etməyə, ucaltmağa çalışmışıq. Komandamız üçün qazandığı nəticələrdən daha çox, meydanda göstərdiyi qələbə ruhu, mübarizə əzmi və sərgilədiyi xarakter önəm daşıyır. Elə qarşılaşmalar olub ki, biz məğlub olmuşuq, amma döyüşkənliyimizi və iradəmizi heç vaxt itirməmişik. Bu əzmin arxasında Qarabağ adı və xalqımızın bizə olan inamı və sevgisi dayanır. Azərbaycan futbolunun liderinə çevrilən komandamız avrokuboklardakı nəticələri ilə həm azarkeşlərimizi sevindirib, həm də Qarabağ adını yüksək səviyyədə təmsil edib. Hədəfimiz və məramımız dəyişmir: bundan sonra da Qarabağ adını Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
22 sentyabr 2026, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
22 sentyabr 2026, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
22 sentyabr 2026, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
22 sentyabr 2026, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
22 sentyabr 2026, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
22 sentyabr 2026, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Digər
22 sentyabr 2026, 18:13

Anna Yusupova: Dünya çempionatındakı yarımarafon təcrübəsi və nəticəsi

Futbol
22 sentyabr 2026, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
22 sentyabr 2026, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
22 sentyabr 2026, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
22 sentyabr 2026, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Oxşar xəbərlər