top
Tahir Gözel: “Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür” Qarabağ FK
26 oktyabr 2024, 23:58
- ↺ +

Tahir Gözel: “Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür”

Klubumuzun prezidenti Tahir Gözel komandamızın çıxışını dəyərləndirib. O, UEFA Avropa Liqasının Liqa mərhələsi və daxili arenadakı mübarizə barədə saytımıza açıqlama verib:

"Komandamız avrokubok mövsümünün təsnifat mərhələlərini adlayaraq, ardıcıl 11-ci dəfə əsas mərhələyə vəsiqə qazandı. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə yüksəldik. Bu mərhələdə çox ciddi, Avropada özündən söz etdirən komandalarla qarşılaşırıq. Onlardan biri "Ayaks"dır ki, Niderland təmsilçisi Azərbaycana gələn ən titullu klub oldu. Onlara qarşı keçirdiyimiz son avrokubok oyununda komandamızın qarşılaşdığı çətinliklər göz önündədir. Qırmızı vərəqələr oldu. "Ayaks" kimi adlı-sanlı rəqiblə 9 futbolçu ilə mübarizə apardıq. Əlbəttə, "Qarabağ"ın UEFA Avropa Liqasının cari mövsümündə daha çox qələbə qazanmasını istərdik. Lakin mövsümün startındakı qələbələri də unutmaq olmaz. Bolqarıstanda "Lüdoqorets" üzərindəki 7:2 hesablı parlaq qələbə möhtəşəm oyunla əldə olundu".

Tahir Gözel komandaya inamını bildirib: "Klub prezidenti kimi komandamın cəsarəti, ləyaqətindən, oyunundan, baş məşqçimiz Qurban Qurbanovdan tam razıyam. Komandamı hazırda pik formada görürəm. Liqa mərhələsində yalnız 3 oyun keçirmişik. Qarşıda 5 görüş var. Komandamızın həm avrokuboklarda, həm Premyer Liqa və kubokda hədəfləri böyükdür. Bunun öhdəsindən gələcəyimizə inanıram".

Klub prezidenti bildirib ki, özünəinam nəticələrdən daha önəmlidir: "Klubun möhkəmliyinin qələbələr üzərində qurulmadığını, daim qalib gəlməyimizin mümkün olmadığını da bilirik. Biz komandamıza inanırıq. Əgər insan özünə inanmırsa, qazandıqları da böyük əhəmiyyət kəsb etmir. Qaşılaşdığımız çətinliklər, qələbə qazana bilmədiyimiz matçlar xarakterimizi daha da gücləndirir, bizi ailə kimi birləşdirir və cəsarətləndirir. "Qarabağ" möhkəm klubdur, daxildəki mənəvi gücümüz tükənməzdir. Özümüzə tam inanırıq. Hər il Azərbaycan üçün avrokubok həyəcanı yaşatdığımızı və yaşadağımızı bilirik. Komandama, ölkəmə, xalqıma inamım böyükdür. Bugünkü "Qarabağ" həmişəkindən daha güclüdür".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Oxşar xəbərlər