"Sabah" - "Qarabağ" - 0:0
Komandamız növbəti oyununu keçirib. "Qarabağ" Misli Premyer Liqasının IX tur matçına çıxıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda "Sabah"ın qonağı olub.
Komandamız "Sabah Arena"dakı görüşə aşağıdakı start heyəti ilə çıxıb: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 5. Bruno Lanqa, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 21. Aleksey Kaşuk, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Komandalar oyuna ehtiyatlı başlayıblar. İlk dəqiqələrdən hər iki tərəf topa daha çox yiyələnməyə çalışıb. Mübarizə əsasən meydanın mərkəzində gedib. Həm "Qarabağ", həm də "Sabah" müdafiədə etibarlı çıxış etdiyindən, təhlükəli vəziyyət yaratmaq çətin olub. Nəticədə birinci hissədə qol qeydə alınmayıb.
İkinci hissə nisbətən hərəkətli alınıb. Bu dəfə komandalar daha sürətli futbola üstünlük veriblər. Azarkeşlər yüksək templi mübarizə izləsələr də, qapılara qol vurmaq mümkün olmayıb. Nəticədə mərkəzi qarşılaşma 0:0 hesablı heç-heçə yekunlaşıb.
Beləliklə, 8 oyunda 18 xal toplayan "Qarabağ" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, komandamız X turda "Qəbələ"nin qonağı olacaq. Oktyabrın 31-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.