top
Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq” Idman.biz
Bu gün, 20:48
- ↺ +

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının doqquzuncu turunda "Sabah"la səfərdə keçirilən və 0:0 hesabı ilə başa çatan görüşü şərh edib.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonrakı mətbuat konfransında hər iki komandanın yüksək tempdə mübarizə apardığını bildirib.

Qurbanovun sözlərinə görə, "Sabah"ın formalaşmış və güclü kollektiv olması qarşılaşmanın gərgin keçməsinə təsir göstərib.

"Maraqlı oyun izlədik. Yaxşı mübarizə və dinamika var idi. Son dəqiqələrə qədər yüksək temp qorundu. Qarşımızda çox yaxşı formalaşmış rəqib dayanırdı. Çempionlar Liqasında oynadıqdan sonra daha sərbəst çıxış edən komanda ilə qarşılaşdıq. Texniki səhvlərimiz çox olsa da, futbolçular mübarizədən qopmadılar. Sonadək oynamağa çalışdılar. Belə oyunlar hər bir futbolçunun gələcək inkişafı baxımından əhəmiyyətlidir. Daha yaxşı formada olmalı, fiziki hazırlığımızı artırmalıyıq", - deyə baş məşqçi vurğulayıb.

"Qarabağ"ın son vaxtlar "Sabah" üzərində qələbə qazana bilməməsinin futbolçulara psixoloji təsiri barədə sualı cavablandıran mütəxəssis bunun normal hal olduğunu söyləyib.

"Belə hallar dünya futbolunda da yaşanır. Biz isə əvvəlki nəticələri düşünmədən bu qarşılaşmaya hazırlaşmışdıq", - deyə o qeyd edib.

Qurbanov görüş ərzində cəmi üç əvəzetmədən istifadə etməsinin səbəbini də açıqlayıb. Baş məşqçi oyunun yüksək tempdə keçdiyini və meydandakı tarazlığı pozmaq istəmədiyini bildirib.

"Bəzi dəyişikliklər etmək barədə düşündüm. Ancaq oyun elə tempdə gedirdi ki, onu dayandırmaq və komandanın balansını pozmaq istəmədik. Əsas məqsədimiz həmin dinamikanı qorumaq idi", - deyə çalışdırıcı əlavə edib.

Mütəxəssis komandanın zədəli futbolçuları Martin Zlomisliç və Joni Montielin vəziyyəti barədə də məlumat verib.

Onun sözlərinə görə, əzələ problemi yaşayan Zlomisliçin yaxın günlərdə məşqlərə qayıtması gözlənilir. Montiel isə "Neftçi" ilə qarşılaşmanın son dəqiqələrində əzələsində ağrı hiss edib. Bu səbəbdən futbolçu həftə ərzində komandanın məşqlərində iştirak etməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Bu gün, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Bu gün, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Bu gün, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Bu gün, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Bu gün, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Bu gün, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Futbol
Bu gün, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Oxşar xəbərlər