top
Qurban Qurbanov: “Yaxşı nəticə üçün sonadək vuruşacağıq” Qarabağ FK
21 avqust 2024, 19:03
- +

Qurban Qurbanov: “Yaxşı nəticə üçün sonadək vuruşacağıq”

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçından (3:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini bildirib:

"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Bu komandanın gücünü bilirdik. Matça pis hazırlaşmamışdıq. Sadəcə, 2-ci, 3-cü qolları buraxdıq. Hətta 4-cü qol ola bilərdi. Oyunun sonlarında demək olar ki, böyük riskə getmişdik. Futbolçularım sonadək çəkinmədi. 0:3 hesabı ilə geridə olanda da hücumda oynamağa çalışdılar. Bəlkə də üçüncü qol artıq oldu. Əgər 3:0 hesabı ilə udublarsa, bunu haqq ediblər. Onları təbrik edirəm. Amma qarşıda cavab görüşü var. İtkilərimiz var və bu, problem yarada bilər. Cavab qarşılaşmasına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. Yaxşı nəticə üçün sonadək meydanda vuruşacağıq. Hər şey cavab oyununa qaldı. Çalışacağıq ki, burdakı bəzi səhvləri Bakıda düzəldək".

Baş məşqçi qol epizodlarının qaçırılmasına münasibət bildirib: "Komandada eyforiya olduğuna inanmıram. Çünki futbolçuları psixoloji baxımdan hazırlamışdıq. Belə eyforiya olsaydı, onlar oyundan tam qopardı. Xeyli sayda qol epizodlarımız oldu. Amma rəqibin qapıçısı, müdafiəçiləri yaxşı oyun göstərdilər. Bəzən sonda müdaxilə edirdilər. Futbolda belə hallar olur ki, çox sayda qol epizodundan istifadə edə bilmirsən. Buna görə narahat deyiləm. Əgər bu imkanları yaradırıqsa, deməli komanda düzgün oyun qura bilir. Bakıda daha rahat olacaqlar. Futbolçuların çoxu ilk dəfə Çempionlar Liqasının pley-offunda oynayırdı. Görüşün ranqı artdıqca həyəcan və məsuliyyət də çoxalır. Ola bilər ki, bu həyəcan son vuruşlarda mane olurdu. Onları qınamıram. Oyuna müdaxilə olunası səbəb yox idi. Bir dəyişiklik etdik. Son 10 dəqiqədə tam açıq futbol getdi. Bizi əks-hücumda daha çox tutdular. Belə görüşlərdə həyəcan mane olur. Amma səbəb axtarmalı deyilik. Düzgün analiz edib Bakıda çatışmayan cəhətləri aradan qaldırmağa çalışmalıyıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 16:18

Azərbaycan cüdoçuları Niderlandda Olimpiya Təlim Düşərgəsində

Futbol
Bu gün, 16:00

Coşqun Diniyevə “Qəbələ” və Türkiyə I Liqasından təklif var

Futbol
Bu gün, 15:40

Mançester Siti argentinalı qapıçı ilə müqavilə bağladı

Futbol
Bu gün, 15:18

Azərbaycanlı futbol məşqçiləri üçün UEFA B kateqoriyalı kurslar keçirilir

Futbol
Bu gün, 15:11

Futbolçu avtobusunda 86 kilo narkotik aşkarlanıb

Futbol
Bu gün, 15:06

Mançester Siti Xoakin Seysi transfer etməyə hazırdır

Futbol
Bu gün, 15:00

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kursu keçirilir

Futbol
Bu gün, 14:02

Şəfa heyətini 4 gənc futbolçu ilə gücləndirib

Qarabağ FK
Bu gün, 13:46

Qarabağ - Dinamo oyununda heyətdə dəyişiklik gözlənilir

Güləş
Bu gün, 13:27

Azərbaycan güləşçiləri Hatayda iki medal qazanıb

Futbol
Bu gün, 13:19

"Barselona" futbol klubu 2026/2027 mövsümü üçün yeni formasını təqdim etdi

Futbol
Bu gün, 13:03

Nigeriyalı futbolçu Daniel Eşiemokhai “Qəbələ”yə qayıtdı

Futbol
Bu gün, 12:47

Mahmud Qurbanov: "Sabah" "Hapoel" səddini də aşa bilər"

Qarabağ FK
Bu gün, 12:20

Azərbaycanın UEFA reytinqindəki mövqeyi

Futbol
Bu gün, 11:59

San-Paulu futbolçularının istifadə etməli olduğu avtobusda böyük miqdarda marixuana tapılıb

Futbol
Bu gün, 11:51

Məhəmməd Salahın türk əcdadları

Futbol
Bu gün, 11:40

Tottenhem Monako hücumçusu ilə maraqlanır

Voleybol
Bu gün, 11:20

Murov Az Terminal voleybol klubuna yeni transfer

Futbol
Bu gün, 11:14

“Roma” klubu Rodriqo Mora ilə müqavilə bağlamağa yaxındır

Futbol
Bu gün, 10:58

Kiyev "Dinamo"su Bakıya 25 futbolçu ilə gəlib

Futbol
Bu gün, 10:49

UEFA Superkuboku: PSJ - “Aston Villa”

Futbol
Bu gün, 10:35

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayacaq

Futbol
Bu gün, 10:22

"Sabah" UEFA-dan minimum 8,98 milyon avro qazanacaq

Futbol
Bu gün, 09:50

Sabahın qələbəsi Azərbaycana xal gətirdi

Oxşar xəbərlər