"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov, futbolçular Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin də iştirak etdiyi görüşdə klub nümayəndələri uşaqlarla səmimi söhbət edib, onlara xoş arzularını çatdırıblar.
Futbolçular uşaqlara "Qarabağ" Futbol Klubunun formalarını və toplarını hədiyyə ediblər.
Qeyd edək ki, ziyarət Gənclər və İdman Nazirliyi ilə "Qarabağ" Futbol Klubunun birgə təşkilatçılığı çərçivəsində baş tutub.





