top
Qurban Qurbanov: “Səfərə qalib gəlmək üçün gedəcəyik” Qarabağ FK
06 avqust 2024, 23:59
- ↺ +

Qurban Qurbanov: “Səfərə qalib gəlmək üçün gedəcəyik”

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" – "Lüdoqorets" matçından (1:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

"Həqiqətən bərk, çox təcrübəli komandaya qarşı oynayırdıq. Futbolçularım çox güc sərf etdilər. Çox sərt oynayan, fiziki göstəriciləri yüksək olan komanda ilə qarşılaşırdıq. İnanıram ki, bu, ilk hissədir, ikincisi Bolqarıstanda olacaq. Səfərə qalib gəlmək üçün gedəcəyik. Lazım olsa, hər hansı risklərə gedəcəyik. Bu gün Çempionlar Liqasının matçı olduğu hiss olunurdu. Qarşımızda təcrübəli, yaxşı bir komanda idi. Futbolçularım sona qədər inanırdılar. "Lüdoqorets"ə qalib də gələ bilərdik, uduza da bilərdik. Bu gün məğlub olmuşuq. Bu, o demək deyil, hər şey bitib. Bolqarıstanda səliqəli, dəqiq oynamağa çalışacağıq. Futbolçularım qarşıdakı günlərdə yaxşı hazırlaşacaqlarına, matça maksimum nəticə üçün çıxa biləcəklərinə inanıram. Bugünkü görüşdə stadionda yaxşı ab-hava var idi, azarkeşlərə təşəkkür edirəm".

Baş məşqçi Premyer Liqanın II turunun görüşü və Bolqarıstandakı səfər qarşılaşması barədə də danışıb: "Üç gündən sonra çempionat oyunumuz var. Həmin matça hazırlaşırıq. Digər futbolçularımızın oynamasına ehtiyac var. Onların da idman formasını qaytarması lazımdır. Növbəti çempionat görüşünü də oynayacağıq. Əlbəttə ki, "Ludoqorets"in oyunçularının fərdi keyfiyyətləri yüksəkdir. Amma futbolçularımı onlardan zəif saymıram. Oyunçularıma daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda oynayır. Belə oyunlara tam hazırdırlar. Mən rəqibi ciddiyə almışdım. Bu komandanın gücünü də bilirdim. İndi onları daha yaxından tanıdıq. Səfərdə istədiyimiz, düşündüyümüz kimi alınsa, futbolçuları hazırlasa bilsə, yaxşı nəticə əldə edəcəyik. Rəqibin üstünlüklərindən birincisi təcrübə, ikincisi oyunçuların fərdi ustalığı idi, sürətli, dinamik, fiziki cəhətdən güclüdürlər. "Ludoqorets" müdafiədə 90 dəqiqə oynamağı bacaran komandadır. Amma bizim xeyli sayda yaxşı hücumlarımız oldu. Bu hallardan çəkinmirik. Əksinə, necə müdaxilə etmək lazımdır, onu düşünürük. Qarşıdakı matçda daha səliqəli və dəqiq olmalıyıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Monzanın hücumçusu Qustavo Varelaya Napoli və Yuventusdan ciddi maraq

Digər
Bu gün, 14:34

İsveç, Rusiyalı idmançıların yarışlara qatılmasını məhdudlaşdırmaq niyyətində

Futbol
Bu gün, 14:29

Vaqif Sadıqov: Aşağı yaş qrupları üzrə millilərimiz Avropa çempionatında bəzi oyunlarda xarakter nümayiş etdirdi

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Futbol
Bu gün, 14:20

"İnter" Alessandro Bastoni ilə müqaviləni uzatmaq niyyətindədir, "Çelsi" və "Barselona" marağına baxmayaraq

Basketbol
Bu gün, 14:19

"Sumqayıt" basketbolçusu Rüstəm Əliyev: Mövsümün hədəfi ilk 4-lükdə yer almaqdır

Voleybol
Bu gün, 14:15

CEV Çellenc Kubokunda "Ordu": Niderlandın Simplex SSS komandası daha ciddi rəqibdir

Cüdo
Bu gün, 14:04

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Futbol
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt dəyərində Dünya Çempionatı hüquqları üzrə gizli danışıqları

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Oxşar xəbərlər