top
Qurban Qurbanov: Sabahla 0:0 hesablı heç-heçə edən Qarabağda texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq Sport24.az
25 oktyabr 2026, 20:34
- ↺ +

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

​"Qarabağ" Misli Premyer Liqasının IX turunda səfərdə "Sabah"la 0:0 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- ​Maraqlı oyun alındı, yaxşı mübarizə, yaxşı dinamika var idi. Son dəqiqələrə kimi temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış rəqib var idi. Çempionlar Liqasında oynadıqdan sonra daha sərbəst oynayan rəqibimiz var idi. Texniki səhvlərimiz çox olsa da, oyunçular mübarizədən qopmadı. Son nöqtəyə kimi oynamağa çalışdılar. Hər bir futbolçu üçün gələcəyi düşünüləsi oyun oldu. Daha yaxşı formada olmalıyıq, idman formamızı daha da yaxşılaşdırmalıyıq. Çoxdan idi ki, bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

 

- ​"Qarabağ"ın xeyli müddətdir ki, "Sabah"ı məğlub edə bilməməsi futbolçulara psixoloji təsir göstərirdi?

 

- ​Belə hallar olur. Amma normal prosesdir. Dünya futbolunda da olan hallardır. Bunu düşünməyərək oyuna hazırlaşmışdıq.

 

- ​Martin Zlomisliç nə vaxt sıraya dönəcək?

 

- ​Yəqin ki, qarşıdakı günlərdə məşqlərə başlayacaq.

 

- ​Martin nəyə görə sıradan çıxıb?

 

- ​Əzələ problemidir.

 

- ​Cəmi 3 əvəzetmədən istifadə etdiniz. Ehtiyat qüvvə istədiyiniz qədər yox idi, yoxsa necə?

 

- ​Düzünü desəm, hansısa dəyişiklikləri fikirləşdim. Amma temp elə idi ki, vaxtı saxlamaq, balansı çox pozmaq istəmədik. Oyun gedə-gedə düşünürdük ki, temp qalsın.

 

- ​Joni Montiel komandadan getmişdi, geri qayıtdı...

 

- ​Zədəlidir. "Neftçi" ilə matçda son dəqiqələrdə əzələ ağrısı hiss etmişdi. Bu həftə məşqlərə qoşulmamışdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Basketbol
Bu gün, 10:53

LANDAU Lions klubunun oyunçusu Orelik Gediminas: Zədəli oyunçular məğlubiyyətə səbəb oldu

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Futbol
Bu gün, 08:40

Li Kan İn xaricdə 2026-cı ilin ən yaxşı Asiyalı futbolçusu, “Traktor”un qapıçısı Əlirza Beyranvənd isə Asiyanın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 08:20

İmişli 12-ci turda Zirəni ev stadionunda qəbul edir

Futbol
Bu gün, 08:12

"Barselona" Lisandro Martinezın transferinə maraq göstərmədi: Deku və Flik rədd etdi

Futbol
Bu gün, 08:00

Blekpul klubu doğum günündə baş məşqçi Ian Evatti vəzifəsindən çıxardı

Futbol
Bu gün, 07:11

İnterin müdafiəçi transferi üçün 60 milyon avroluq qiymət tələb olunur

Oxşar xəbərlər