top
Qurban Qurbanov: “Mənim üçün xoş oldu” Qarabağ FK
26 may 2024, 21:50
- ↺ +

Qurban Qurbanov: “Mənim üçün xoş oldu”

Misli Premyer Liqasının XXXVI turunun "Araz-Naxçıvan" – "Qarabağ" oyunundan (2:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Neçə tur əvvəldən çempionluğu təmin etmələrinə baxmayaraq, kuboku bu gün alacaqlar. Hamı bunu gözləyir. Elə futbolçu var ki, ilk dəfə çempionluğu bayram edəcək, ilk dəfə bu hissi keçirəcək. Sakit matç alındı. Hər iki komandanın futbolçuları centlmensayağı oyun keçirdilər. Mənim üçün xoş oldu. Bəzən son görüşlərdə xoşagəlməz hadisələr olur. Belə olmasını istəməzdim. Elmar Baxşıyevə uğurlar arzulayıram".

Baş məşqçi Azərbaycan kubokunun "Zirə" ilə final görüşü barədə də danışıb: "Futbolçular bəlkə də daha çox istirahət etmək istəyərdilər. Amma onlar peşəkardırlar. Titullarının sayını artırmaq arzusundadırıar. Hər il belə şans ələ düşmür ki, kubokun finalında oynasınlar. Bu, əlavə prestijdir. Çox yaxşı mövsüm keçirən komandaya qarşı oyun gözləyir. "Zirə" çempionatın ikincisi oldu, yaxşı təcrübə topladı. Son matçlarda daha intizamlı çıxış edirlər, yaxşı müdafiə olunur, düşünülmüş hücumlara keçirlər. İnanıram ki, hamı üçün maraqlı oyun gözləyir. İkinci dəfə "Zirə" ilə finalda qarşılaşacağıq. Hər iki komandanın oyunçularına yaxşı oyun və uğurlar arzulayıram".

Qurbanov qazanılan növbəti çempionluğa da toxunub: "Hər mövsümdə üç turnir var. Çempionat, kubok, avrokuboklar. Əgər hər üçündə düşündüyümüz kimi oynadıqsa, bizim üçün avantajdır. Əvvəlki çempionluqları daha aktiv qeyd etmişdik. İndiki çempionluq neçə tur əvvəldən rəsmiləşmişdi. Qarşıya qoyulan birinci məqsədimiz çempionluq idi. Bunu əldə etmişiksə, əvvəlki uğurlardan fərqi yoxdur. Çempionluqların sayını nə qədər artırsaq, həm klubun, həm futbolçular üçün bir iz, avantaj olur. Çempion adı həmişə dəyərlidir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Oxşar xəbərlər