top
Qurban Qurbanov: “Komandama inanıram” Qarabağ FK
27 avqust 2024, 23:18
- +

Qurban Qurbanov: “Komandama inanıram”

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – "Dinamo" (Zaqreb, Xorvatiya) matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Bəhlul Mustafazadənin mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

"Çox vacib oyundur. Hesabda geridə olsaq da, Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək böyük şansdır. Komandamız pis hazırlaşmayıb. Üç top fərqi ilə geridə olsaq da, inamımız böyükdür. Görüşə hazırlığımız yaxşı keçdi. Qalibiyyət üçün hər şeyi etməyə çalışacağıq. Azarkeşlərimizin oyunumuzdan razı qalmasını istərdik. Bu görüşə əsl final matçı kimi hazırlaşmışıq. Rəqibimizi tanıyırıq. Bilirik ki, iddialı komandadır. Komandama inanıram, güvənirəm. Sabah yaxşı nəticə üçün hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır".

Baş məşqçimiz heyət barədə də danışıb: "Qapıçı ilə bağlı sabaha kimi vaxtımız var. Oyuna qədər tam qərar verəcəyik. Marko Veşoviçin durumu pis deyil. İki gün əvvəl komandaya qoşulub. Bu gün də komanda ilə məşq edəcək. Sabah tibbi müayinəsindən sonra "23-lük"də ola bilər. Marko Yankoviç isə fərdi məşq edir. Julio Romaonun cəzalı duruma düşüb-düşməməsi ilə bağlı şübhəmiz var idi. UEFA-dan cavab gəldi və dedilər ki, siz haqlısız, Romao oynayacaq. Qarşımızda hesabda 3:0 öndə olan, böyük təcrübəyə malik "Dinamo" var. Bəzən təkcə cəsarət, istək olanda, istəyimiz alınmaya bilər. Səfərdə xeyli sayda qol epizodlarımız oldu. Bu dəfə daha səliqəli, daha dəqiq oynamağa çalışmalıyıq".

Bəhlul da sabahkı qarşılaşmadan gözləntilərini açıqlayıb: "Bizi gərgin və maraqlı oyun gözləyir. Ümidliyik, hədəfimiz Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməkdir. Bu matça yaxşı hazırlaşmışıq. Hər şey edəcəyik ki, mərhələni biz keçək. Qol buraxırıqsa, müdafiənin də səhvləri var. Çalışırıq ki, onları təhlil edib, nəticə çıxaraq. Təcrübəmiz var, hər kəs sakitdir və hamı inanır. Daha yaxşı oyun göstərməyə çalışacağıq".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Dinamo" matçı saat 20:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
Dünən, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 20:27

Beşiktaş Mert Kömürü transfer etmək istəyir

Minifutbol
Dünən, 18:39

“Aznur” Çempionlar Liqasının ilk matçını məğlubiyyətlə tamamladı

Basketbol
Dünən, 18:29

“Sumqayıt” basketbol klubu Rustam Əliyevi transfer etdi

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
22 sentyabr 2026, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
22 sentyabr 2026, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
22 sentyabr 2026, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
22 sentyabr 2026, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
22 sentyabr 2026, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
22 sentyabr 2026, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Oxşar xəbərlər