top
Qurban Qurbanov: “Hər matça ciddi yanaşmalıyıq” Qarabağ FK
02 aprel 2024, 16:03
- ↺ +

Qurban Qurbanov: “Hər matça ciddi yanaşmalıyıq”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" – "Qarabağ" matçından (0:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

"Futbolçularıma təşəkkür edirəm. Bu meydançada azarkeşlər üçün çox maraqlı oyun göstərdilər. Baxmayaraq ki, ilk matç və qarşımızda "Neftçi" idi. Çox istəkliydilər. Bu matça çox ciddi yanaşırdıq. İki fərqli hissə keçdi. İlk yarıda üç qol vursaq da, ikincidə daha çox imkanlarımız oldu. Buna görə də futbolçulardan bir az narazı qaldım ki, çox epizodlara qeyri-ciddi yanaşdılar Onlarla söhbətimiz oldu, fikirlərimi bildirdim. Görüşə tam baxandan sonra daha ətraflı müzakirə edəcəyik. Hardasa başa düşürəm ki, gərgin mövsüm keçiriblər. Həm fiziki, həm psixoloji yorğunluq var. Amma işimizdir və hər matça ciddi yanaşmalıyıq, öz keyfiyyətimizi qoruyub saxlamalıyıq. Bu oyunun həm nəticə, həm digər elementlərə görə faydası olacaq. "Neftçi"yə uğurlar arzulayıram, azarkeşlərə təşəkkür edirəm".

Qurbanov iki qola imza atan Toral Bayramov haqda da danışıb: "Toral Bayramovu əvvəllər də yarımmüdafiənin sağ cinahında oynatmışıq. Statistikaya baxsaq, yaxşı oyun göstərdi. Bu gün daha keyfiyyətli oynayır, bunu bacarır. Qollara deyil, digər epizodlara baxsaq, mövqe səhvləri var idi. Mübarizələrdə daha bərk, diqqətli və məsuliyyətli olmalı, bunu yaxşılaşdırmalıdır".

Baş məşqçi transferlərlə bağlı fikirlərini bildirib: "Hansısa variantlar var. Bəzi mövqelər üçün futbolçularla maraqlanmağa başlamışıq. Bunun üzərində çalışırıq. Mövsümün sonunu gözləməli olacağıq. Bu istiqamətdə iş saatımızı artırmışıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:05

Arsenal futbolçuları Bukayo Saka və Martin Subimendi zədələnib, növbəti matçıları qaçıracaq

Futbol
Bu gün, 15:04

Bundesliqanın 10-cu turunda liderlik mübarizəsi və 111-ci Şimal derbisinin rəqabəti

Futbol
Bu gün, 14:49

Samir Məmmədov: "Mingəçevir"in "Baku Sportinq" üzərindəki qələbəsi vacib idi

Futbol
Bu gün, 14:40

Monzanın hücumçusu Qustavo Varelaya Napoli və Yuventusdan ciddi maraq

Digər
Bu gün, 14:34

İsveç, Rusiyalı idmançıların yarışlara qatılmasını məhdudlaşdırmaq niyyətində

Futbol
Bu gün, 14:29

Vaqif Sadıqov: Aşağı yaş qrupları üzrə millilərimiz Avropa çempionatında bəzi oyunlarda xarakter nümayiş etdirdi

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Futbol
Bu gün, 14:20

"İnter" Alessandro Bastoni ilə müqaviləni uzatmaq niyyətindədir, "Çelsi" və "Barselona" marağına baxmayaraq

Basketbol
Bu gün, 14:19

"Sumqayıt" basketbolçusu Rüstəm Əliyev: Mövsümün hədəfi ilk 4-lükdə yer almaqdır

Voleybol
Bu gün, 14:15

CEV Çellenc Kubokunda "Ordu": Niderlandın Simplex SSS komandası daha ciddi rəqibdir

Cüdo
Bu gün, 14:04

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Futbol
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt dəyərində Dünya Çempionatı hüquqları üzrə gizli danışıqları

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Oxşar xəbərlər