top
Qurban Qurbanov: “Çox istərdik ki, bu şansdan maksimum istifadə edək” Qarabağ FK
19 avqust 2024, 12:23
- ↺ +

Qurban Qurbanov: “Çox istərdik ki, bu şansdan maksimum istifadə edək”

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçından əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Abdullah Zubirin mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis sabahkı görüş barədə fikirlərini açıqlayıb:

"Zaqrebdə olmaq bizə xoşdur. Güclü komandaya qarşı oynayacağıq. Rəqibin çox yaxşı azarkeşləri var. Səfərdə olmasına baxmayaraq, bu stadionda, belə azarkeşlər qarşısında oynamaq bizə çox xoş olacaq. Bu qarşılaşma hər iki komanda üçün çox vacibdir. İstəyimiz çoxdur. Çünki üçüncü dəfə əlimizə belə şans düşür. Çox istərdik ki, bu şansdan maksimum istifadə edək. Futbolçularım oyuna hazırdırlar. Bir neçə itkimiz var. İnanıram ki, futbolçular sabah meydanda nizam-intizamlı oyun quracaqlar. Düşünürəm ki, azarkeşlər üçün çox yaxşı bir matç olacaq".

Baş məşqçimiz "Dinamo"nu III təsnifat mərhələsindəki rəqibimiz "Lüdoqorets"lə müqayisə edib: "Lüdoqorets" və "Dinamo" fərqli rəqiblərdir. Komandamın fiziki hazırlığı pis deyil. Elə mərhələdəyik ki, futbolçular oyundan-oyuna özünü daha yaxşı hiss edir, idman formasını qaytarır. Bu gün tam razı deyiləm. Dəfələrlə futbolçulara demişəm ki, mərhələ keçdikcə qarşımızda daha ciddi rəqib olur. Həm həyəcan, həm məsuliyyət çoxalır, rəqiblər də bizə daha ciddi yanaşır. "Lüdoqorets" və "Dinamo" fərqli komandalardır, çünki Zaqreb təmsilçisi daha təcrübəlidir və komanda kimi daha yaxşı formalaşıb. "Dinamo" nəticə üçün maksimum oynamağı bacaran rəqibdir. Bizim üçün də bu rəqibə qarşı oynamaq çox xoş və maraqlı olacaq. Sabah daha intizamlı və səliqəli oynamalıyıq. Bilirik ki, oyunu yaxşı nəticə ilə başa vurmaq üçün daha diqqətli və məsuliyyətli olmalıyıq".

Yarımmüdafiəçimiz Abdullah Zubir də fikirlərini bölüşüb: "Zaqrebdə olmağıma şadam. Biz sabahkı oyuna hazırıq. Təsnifat mərhələsi başlayanda hədəfimiz pley-offa vəsiqə qazanmaq idi. Sabah bu mərhələnin ilk oyununa çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, bu şansdan yararlanaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Oxşar xəbərlər