top
Qurban Qurbanov: “Çalışacağıq ki, azarkeşlərimiz oyunlarımızdan zövq alsınlar” Qarabağ FK
30 avqust 2024, 21:51
- +

Qurban Qurbanov: “Çalışacağıq ki, azarkeşlərimiz oyunlarımızdan zövq alsınlar”

Komandamızın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin bugünkü püşkatmasını dəyərləndirib. Təcrübəli mütəxəssis yeni formatda keçiriləcək mərhələ barədə fikirlərini saytımıza açıqlayıb:

"İlk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəyik. Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm "Böyük beşlik" təmsilçiləri, həm tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam analiz etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli, daha ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq".

Baş məşqçimiz püşkün nəticəsindən razı qaldığını qeyd edib: "Püşkatmadan razı qaldım. İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, onlar oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik".

Qeyd edək ki, komandamız evdə "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç), FCSB (Rumıniya), səfərdə "Tottenhem" (İngiltərə), "Olimpiakos"(Yunanıstan), "Bodo Qlimt" (Norveç) və "Elfsborq"la (İsveç) qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Dünən, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Dünən, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Dünən, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Dünən, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Dünən, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Dünən, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Dünən, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Dünən, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Dünən, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Dünən, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Dünən, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Dünən, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Dünən, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Dünən, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Dünən, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Dünən, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Dünən, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Dünən, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Dünən, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Dünən, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Dünən, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Dünən, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Dünən, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər