"Qarabağ" futbol komandasının sabiq qapıçısı Mateuş Koxalski Polşa Ekstraklasasının 13-cü turunun rəmzi heyətinə daxil edilib.
İdman.Biz xəbər verir ki, hazırda "Veçista Krakov"da çıxış edən 26 yaşlı qolkiper ölkənin "Gol24" nəşrinin hazırladığı ən yaxşı 11 futbolçu siyahısında yer alıb.
Koxalski "Yagelloniya" ilə qarşılaşmada komandasının məğlubiyyətinin qarşısını ala bilməsə də, qapıdakı uğurlu oyunu ilə fərqlənib. Nəşr polşalı qapıçının komandasını daha böyük hesablı məğlubiyyətdən qorumaq üçün əlindən gələni etdiyini vurğulayıb.
Məqalədə bildirilir ki, Polşa millisinin baş məşqçisi Yan Urban da qarşılaşmanı izləyib. Nəşr Koxalskinin növbəti dəfə milli komandaya dəvət alacağını ehtimal edir.
Qolkiper 2024-cü ilin yayından 2026-cı ilin sentyabrınadək "Qarabağ"ın formasını geyinib. Bu müddətdə 76 oyunda iştirak edib, Azərbaycan çempionu olub və komanda ilə Çempionlar Liqasında çıxış edib. Sentyabrın 8-də isə "Veçista Krakov"a transfer olunub.