top
“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub Idman.biz
Bu gün, 12:45
- ↺ +

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu biznes fəaliyyəti zamanı böyük maliyyə itkisi ilə üzləşib.

İdman.Biz Cənubi Afrika mediasına istinadən xəbər verir ki, 36 yaşlı keçmiş hücumçu uğursuz beynəlxalq biznes sövdələşməsi nəticəsində təxminən altı milyon rand (CAR-ın milli valyutası, 617 min AZN) itirdiyini açıqlayıb.

Məlumata görə, hadisə Dubayla əlaqəli şəxslərin iştirak etdiyi biznes razılaşması zamanı baş verib. Ndlovunun sözlərinə əsasən, sövdələşmədə iştirak edən şəxslər pulu aldıqdan sonra yoxa çıxıblar.

Futbolçunun ilkin itkisi beş milyon randı ötüb. O, vəsaitini geri qaytarmaq məqsədilə şəxsi detektiv də tutub və bunun üçün əlavə bir milyon rand xərcləyib.

Ndlovu yaşadığı hadisədən sonra bizneslə məşğul olmaq istəyən şəxsləri tərəfdaşlarını diqqətlə araşdırmağa, müqavilələrin hüquqi tərəflərinə xüsusi əhəmiyyət verməyə çağırıb.

Hazırda sabiq futbolçu fəaliyyətini yeni istiqamətdə davam etdirir. O, xrom hasilatı sahəsinə sərmayə yatırmağa başlayıb. Ndlovu bundan əvvəl gecə klubu, istirahət məkanı və qonaq evi biznesi ilə də məşğul olub.

Keçmiş hücumçu gələcəkdə futbol klubu sahibi və oyunçu agenti olmaq niyyətindədir.

Qeyd edək ki, Dino Ndlovu 2016–2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2017-ci ildə Danimarkanın "Kopenhagen" klubuna qarşı səfər oyununda vurduğu qolla Ağdam təmsilçisinin tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsində mühüm rol oynayıb. O, Ağdam klubunun heyətində 54 oyun keçirib və 19 qol, 7 asist müəllifidir.

Cənubi Afrika Respublikası millisinin sabiq üzvü karyerası ərzində Azərbaycanla yanaşı, İsrail, Kipr, Çin və Türkiyədə də çıxış edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Qarabağ FK
Bu gün, 12:35

Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"

Digər
Bu gün, 12:29

Arda Gülər kamera qarşısına keçdi – 4,5 milyon qazandı

Digər
Bu gün, 12:23

“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı

Futbol
Bu gün, 12:20

FİFA prezidenti Canni İnfantino Asiyada futbolun inkişafına görə minnətdarlığını bildirib

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Qarabağ FK
Bu gün, 11:29

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Oxşar xəbərlər