top
Qarabağın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir Idman.biz
Bu gün, 15:34
- ↺ +

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Azərbaycan milli assosiasiyanın UEFA reytinqində topladığı xalların bir klubun nəticələrindən asılılığına görə Avropa ölkələri arasında dördüncü yerdə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə "Football Meets Data" analitik layihəsinin araşdırmasında bildirilib. Araşdırmada son beş mövsümdə klubların ölkələrinin UEFA reytinqinə verdiyi töhfə təhlil olunub.

Hesablamalara əsasən, Azərbaycan klublarının avrokuboklarda qazandığı reytinq xallarının 62,3 faizi Ağdamın "Qarabağ" klubunun payına düşüb. Bu göstərici Avropa ölkələri arasında dördüncü olub.

Siyahıya Macarıstan başçılıq edir. Bu ölkənin "Ferentsvaroş" klubu milli reytinq xallarının 72,7 faizini təmin edib. İkinci yerdə Cəbəllütariqin "Linkoln Red İmps" klubu 70,5 faizlə qərarlaşıb. Slovakiyanın "Slovan" klubu 65,4 faizlə üçüncü, Azərbaycanın "Qarabağ"ı 62,3 faizlə dördüncü olub. İlk beşliyi Ukraynanın "Şaxtyor" klubu 61,7 faizlə tamamlayıb.

Avropa ölkələrinin UEFA reytinq xallarında bir klubun payına görə ilk beşlik:

Macarıstan – "Ferentsvaroş" – 72,7%

Cəbəllütariq – "Linkoln Red İmps" – 70,5%

Slovakiya – "Slovan" – 65,4%

Azərbaycan – "Qarabağ" – 62,3%

Ukrayna – "Şaxtyor" – 61,7%

Araşdırma müəllifləri diqqətə çatdırıblar ki, bir klubdan yüksək asılılıq daha çox UEFA reytinqində orta pillələrdə qərarlaşan ölkələr üçün xarakterikdir. İlk beşlikdə yer alan Macarıstan, Slovakiya, Azərbaycan və Ukrayna milli assosiasiyalar reytinqində 18–27-ci yerlər arasında qərarlaşırlar.

İlk 10-luqda yer alan ölkələr arasında isə heç birində bir klubun payı ümumi reytinq xallarının 35 faizini keçmir. Məsələn, İngiltərənin göstəricisində Londonun "Arsenal" klubunun payı cəmi 15,4 faizdir.

Analitiklər bunu aparıcı futbol ölkələrində avrokuboklarda müntəzəm xal toplayan bir neçə rəqabətədavamlı klubun olması ilə izah edirlər. Orta səviyyəli çempionatlarda isə beynəlxalq arenada sabit çıxış edən bir klub ölkəsinin reytinqinə əsas töhfəni verə bilər.

Cari mövsümdə Azərbaycanda vəziyyət dəyişib. "Qarabağ" avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilməyib, "Sabah" isə Çempionlar Liqasında mübarizəsini davam etdirir. "Football Meets Data" 2026/2027 mövsümündə milli reytinqə xal qazandırmaq baxımından Bakı klubunun rolunu ayrıca vurğulayıb.

Beləliklə, araşdırma "Qarabağ"ın Azərbaycanın UEFA reytinqinə verdiyi böyük töhfəni göstərməklə yanaşı, digər yerli klubların avrokuboklardakı uğurlu çıxışlarının da ölkənin mövqeyinin yaxşılaşması baxımından əhəmiyyətini ortaya qoyur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Oxşar xəbərlər