Komandamızın Azərbaycan kubokundakı ilk rəqibi müəyyənləşib. "Qarabağ" 1/8 finalda "Sumqayıt"la qarşılaşacaq.
Bu, II təsnifat mərhələsinin ilk oyun günündən sonra bəlli olub. "Sumqayıt" səfərdə "Kür-Araz"a 11:0 hesabı ilə qalib gəlib. Komandamız bu mərhələdə səfərdə oynayacaq.
Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 1-2-də keçiriləcək.