top
“Qarabağ”dan səfər qələbəsi Qarabağ FK
08 mart 2025, 23:44
- ↺ +

“Qarabağ”dan səfər qələbəsi

"Araz-Naxçıvan" - "Qarabağ" – 1:3

Felipe Santos, 35 – Nəriman Axundzadə, 44; Leandro Andrade, 77; Emmanuel Addai, 90+6

"Qarabağ" növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXVI tur matçında "Araz-Naxçıvan"ın qonağı olub.

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.

"Liv Bona Dea Arena"da təşkil olunan oyuna sürətli başlayan komandamız artıq 1-ci dəqiqədə Kadi Borqesin ifasında hesabı açmağa yaxın olub. Hissənin gedişində iki dəfə Nəriman Axundzadə, həmçinin Abdullah Zubir, Leandro Andrade və Yassin Benzia da fərqlənmək imkanını əldən veriblər. Bu epizodlarda rəqibin qapıçısı qola mane olub. Əvəzində 35-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. Lakin fasilə ərəfəsində komandamız bərabərlik qolunu vurmağa müvəffəq olub. Nəriman Axundzadə adını tabloya yazdırıb.

İkinci hissə də futbolçularımızın üstünlüyü şəraitində keçib. Komandamız topa daha çox nəzarət edib. Ardıcıl həmlələr 77-ci dəqiqədə öz bəhrəsini verib. İlk qolun müəllifi olan Nəriman Axundzadə bu dəfə məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini dəqiq tamamlayan Leandro Andrade ölkə çempionatında qollarının sayını 11-ə çatdırıb və bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib. Qarşılaşmada son nöqtəni Emmanuel Addai qoyub və komandamız 3:1 hesablı səfər qələbəsi qazanıb.

Çempionata liderlik edən komandamız bu qalibiyyət sayəsində xallarının sayını 63-ə çatdırıb.

Qeyd edək ki, "Qarabağ" ölkə çempionatında növbəti oyununu martın 15-də səfərdə "Kəpəz"ə qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Oxşar xəbərlər