"Qarabağ" – "Zirə" – 3:1
Komandamız yoxlama oyunu keçirib. "Qarabağ" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə "Zirə" ilə görüşüb.
Qarşılaşma "Azersun Arena"da baş tutub. Görüşdə hesabı qonaq komanda açıb. Komandamız ilk yarıda iki qol vurmaqla fasiləyə üstün yollanıb. Aleksey Kaşuk qonaqların qapısına 2 dəfə yol tapıb.
Ikinci hissədə Zakaria Savo da fərqlənib. Beləliklə, komandamız yoxlama oyununda 3:1 hesablı əzmkar qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" Premyer Liqada növbəti matçını oktyabrın 11-də səfərdə "İmişli"yə qarşı keçirəcək.