19 yaşadək futbolçulardan ibarət komandamız UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. Çempionlar yolunda mübarizə aparan "Qarabağ" II təsnifat mərhələsində ilk oyununu keçirib.
Komandamız Xorvatiya çempionu olan Zaqreb "Dinamo"su ilə qarşılaşıb. Matç "Azersun Arena"da baş tutub.
Komandamız ilk yarıda hesabı açıb. Fasilə ərəfəsində Viktor Ani Çidioke penaltidən yararlanıb. İkinci yarıda 2 qol vuran qonaq komanda 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 4-də Zapreşiçdəki İvan Lalyak-İviç stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.