Futbol üzrə Misli Premyer Liqasının 11-ci turunda keçiriləcək "Qarabağ" - "Turan Tovuz" oyununun biletləri satışa çıxarılıb.
İdman.Biz xəbər verir ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manatdır.
Azarkeşlər matç günü QR biletlərini stadionun kassasından və ya iticket.az platformasından əldə edə bilərlər. Stadionun qapıları qarşılaşmanın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" görüşü noyabrın 6-da "Azərsun Arena"da keçiriləcək. Matç saat 18:00-da başlayacaq.