Misli Premyer Liqasında VIII turun təyinatları açıqlanıb. Komandamızın "Neftçi" ilə oyununun baş hakimi Kamal Umudlu olacaq.
Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcək. Fərid Hacıyev dördüncü hakim, Əli Əliyev VAR, Pərvin Talıbov AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşmada Şahin Cəfərov hakim-inspektor, Erkin Hüsyenov AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.