top
Qarabağ klubu ilə ASA əməkdaşlığında məşqçilərin peşəkar inkişaf proqramı başlatıldı Sport24.az
Dünən, 15:00
- ↺ +

Qarabağ klubu ilə ASA əməkdaşlığında məşqçilərin peşəkar inkişaf proqramı başlatıldı

Azərbaycan İdman Akademiyası (ASA) və "Qarabağ" Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən "Futbol məşqçilərinin peşəkar inkişaf proqramı"nın yekunlarına həsr olunmuş tədbir təşkil olunub. Sport24.az xəbər verir ki, ASA-nın rektoru Fuad Hacıyev Azərbaycan futbolunun inkişafı üçün məşqçilərin nəzəri bilikləri və praktiki təcrübələri ilə yanaşı, pedaqoji bacarıqlarının da artırılmasının vacibliyini vurğulayıb.

 

Onun sözlərinə görə, bu məqsədlə keçirilən təlimlər məşqçilərin mövcud vəziyyəti düzgün qiymətləndirməsinə və gələcək hədəfləri müəyyənləşdirməsinə kömək edir.

 

ASA rektoru idman sahəsində peşəkar mütəxəssislərdən ibarət dəstək heyətinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb: "Beynəlxalq təcrübədə idman komandalarının fəaliyyətində həkimlər, psixoloqlar, fiziki hazırlıq mütəxəssisləri, analitiklər və digər peşəkarların iştirakı mühüm rol oynayır. Belə mütəxəssislər idmançıların fiziki və psixoloji vəziyyətini qiymətləndirir, onların potensialının üzə çıxarılmasına və hazırlıq prosesinin daha səmərəli təşkilinə kömək edirlər. Azərbaycanda da bu istiqamətdə imkanlar mövcuddur. İdmançıların funksional diaqnostikasının aparılması, göstəricilərinin təhlili və fərdi hazırlıq prosesinin düzgün qurulması idmanda nəticələrin yaxşılaşdırılmasına töhfə verə bilər".

 

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl deyib ki, klub rəhbərliyi məşqçilərin və digər əməkdaşların peşəkar inkişafına xüsusi önəm verir. Bu məqsədlə Azərbaycan İdman Akademiyasına müraciət edilib və əməkdaşlıq təklifi müsbət qarşılanıb. O bildirib ki, futbolçu yetişdirilməsi zamanı yalnız məşqçilərin şəxsi təcrübəsinə əsaslanmaq kifayət deyil, bu prosesdə elmi yanaşma da vacibdir: "Qarabağ"ın məqsədi yalnız futbolçu yetişdirmək deyil, həm də vətənini sevən, cəmiyyətə faydalı, yaxşı vətəndaşlar formalaşdırmaqdır. Akademiyaya gələn uşaqların ilk növbədə yaxşı övlad, yaxşı şagird və vətəninə bağlı vətəndaş kimi yetişməsinə çalışırıq. Futbolçu olmaq üçün potensialı olan uşaqlara isə bu istiqamətdə dəstək göstərilir".

 

Klub rəsmisinin sözlərinə görə, uşaqlarla birbaşa ünsiyyətdə olan məşqçilərin elmi biliklərinin və peşəkarlıqlarının artırılması vacibdir: "Bu səbəbdən məşqçilər proqram çərçivəsində keçirilən dərslərdə iştirak ediblər. Bəzi iştirakçılar proqramı uğurla başa vurdu, bəziləri isə müəyyən çətinliklərlə üzləşdi. Amma bildirməliyik ki, bu təlimlər davamlı şəkildə təşkil olunacaq".

 

Azərbaycan İdman Akademiyasının tədris işləri üzrə prorektoru Ülkər Babayeva söyləyib ki, ömürboyu təhsil insanın yalnız universitetdə və ya digər ali təhsil müəssisələrində diplom almaq üçün oxuması demək deyil: "Bu konsepsiya şəxsin öz üzərində davamlı işləməsini, bilik və bacarıqlarını mütəmadi inkişaf etdirməsini nəzərdə tutur. Futbol məşqçilərinin peşəkar inkişafı da məhz bu yanaşmanın tərkib hissəsidir. Təhsil və idman sahələrinin bir araya gəlməsi mütəxəssislərin biliklərinin artırılması və peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Ali təhsil müəssisələrinin qarşısında duran əsas tələblərdən biri keyfiyyətli tədrisin təşkili və elmi fəaliyyətin inkişaf etdirilməsidir. Bununla yanaşı, təhsil müəssisələrinin sənaye və əmək bazarı ilə sıx əməkdaşlıq qurması da vacib şərtlərdən biridir".

 

Azərbaycan İdman Akademiyasının Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədovanın sözlərinə görə, proqramın hazırlanması uzunmüddətli müzakirələr və qarşılıqlı əməkdaşlıq nəticəsində mümkün olub: "Belə ki, fevral ayında Azərbaycan İdman Akademiyası ilə "Qarabağ" futbol klubu arasında əməkdaşlıq imkanları müzakirə edildikdən sonra məşqçilərin ehtiyaclarına uyğun təlim proqramının hazırlanması istiqamətində işə başladıq.

 

Mütəmadi görüşlər zamanı məşqçilərin peşəkar inkişafına hansı formada töhfə verməyin mümkün olduğu, təlimlərin məzmununun onların ehtiyaclarına uyğun necə qurulacağı müzakirə edildi. Hər iki tərəfin birgə fəaliyyəti və qarşılıqlı fikir mübadiləsi nəticəsində məşqçilərin tələblərinə uyğun proqram hazırlamaq mümkün oldu. Futbol məşqçilərinin peşəkar inkişaf proqramı"na avqust ayında start verildi. Ümumilikdə 30 saatı əhatə edən proqram beş gün davam etdi".

 

Rəsmi çıxışlardan sonra proqram çərçivəsində keçirilən təlimlərdən bəhs edən videoçarx nümayiş olunub. Daha sonra Fuad Hacıyev proqramı uğurla başa vuran "Qarabağ" Akademiyasının məşqçilərini təltif edib. Rektora "Qarabağ"ın forması hədiyyə olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:13

Borussiya Dortmundda Sabahla Çempionlar Liqası qarşılaşması öncəsi gərginlik

Futbol
Bu gün, 01:49

"RedBird Capital" qrupunun "Əl-Nəsr" klubunun 70% səhmlərini alma ehtimalı

Futbol
Bu gün, 01:28

Xetafe Rayo Valyekanoyla 1:1 hesabla bərabərlik qazanıb

Digər
Bu gün, 01:25

Teymur Fərəcov 8 saat 58 dəqiqə 8 saniyə ilə Ironman rekordunu yenilədi

Futbol
Bu gün, 01:05

Tottenhem Koventri Sitiyə qarşı 3:1 hesabı ilə qalib gələrək düşmə zonasını tərk etdi

Futbol
Bu gün, 00:31

Pirs Morqan Ronaldunun 255 avro cəriməsinə gülərək cavab verdi

Basketbol
Bu gün, 00:15

Tahir Baxşıyev: 75-100 məğlubiyyətdə səhvlər əsas rol oynadı

Futbol
Bu gün, 00:07

Həsən Nəzərli Türkiyədən geri dönəcək: Şamaxıya transferi gündəmdə

Basketbol
Dünən, 23:55

Sabah NTD-yə qələbə qazanıb

Futbol
Dünən, 23:48

Ronaldu 30 günlük diskvalifikasiyadan sonra sosial şəbəkədə paylaşım etdi

Futbol
Dünən, 23:38

Bursaspor 2:0 ilə Pendikspor'u məğlub etdi, Toral Bayramovun komandası liderlə xal fərqini minimuma endirdi

Futbol
Dünən, 23:34

Real Madridlə qarşıdurma səbəbindən Tebas vəzifəsindən uzaqlaşdırılma təhlükəsi altında

Futbol
Dünən, 23:19

Qalatasaray, Fransadakı etirazlar səbəbindən UEFA-ya rəsmi müraciət hazırlayır

Futbol
Dünən, 23:05

Məşhur şərhçi Derek Reyin Real Madrid vs. Sevilya qarşılaşmasına hazırlıq etdi

Şahmat
Dünən, 22:55

Gəncədə Fərid Orucov şahmat çempionu seçildi

Futbol
Dünən, 22:52

Trabzonspor Beşiktaş'ı 2:0 ilə məğlub etdi

Şahmat
Dünən, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Dünən, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Futbol
Dünən, 22:32

UEFA FIFA-ya ultimatum: İnfantino və idarəçiliyi barədə sənədlər tələb olunur

Futbol
Dünən, 22:27

Monza 4-0 ilə Kalya'yı məğlub edərək məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Dünən, 22:25

Kriştianu Ronaldonun Portuqaliya milli komandası oyunlarından bir ay müddətinə uzaqlaşdırılması

Futbol
Dünən, 22:25

“Sabah” – “Borussiya” oyununa görə marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Futbol
Dünən, 22:18

Flik PSG qarşısında Luis Enrikenin işini yüksək qiymətləndirib

Futbol
Dünən, 22:16

Ronaldo 30 gün kənarlaşdırıldı və 255 avro cərimələndi

Oxşar xəbərlər