top
“Qarabağ” Juninyonun qolu ilə qalib gəldi Qarabağ FK
11 may 2024, 13:01
- +

“Qarabağ” Juninyonun qolu ilə qalib gəldi

"Zirə" – "Qarabağ" – 0:1

11 may 2024. Saat 19:30. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Tural Qurbanov

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Vladislav Kulaç, 42 (qeyri-idman hərəkəti); Ruan Renato, 90+2 (qeyri-idman hərəkəti) // Elvin Cəfərquliyev, 15 (qeyri-idman hərəkəti); Marko Yankoviç, 38 (hakimin qərarına etiraz); Patrik Andrade, 63 (qeyri-idman hərəkəti); Adama Diakabi, 78 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 70 (hakimin qərarına etiraz)

Qol: Olavio Juninyo, 34 (p.)

Artırılan vaxt: I hissədə 5 dəq; II hissədə 5 dəq.

"Qarabağ" növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXIV turunun matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri "Zirə" ilə görüşüb. Azərbaycan çempionu bu qarşılaşmanı səfərdə keçirib. "Qarabağ" paytaxt klubu ilə Zirə İdman Kompleksinin stadionunda qarşılaşıb.

Oyunun taleyini bir qol həll edib. Həlledici top ilk 45 dəqiqədə vurulub. Olavio Juninyo meydan sahiblərinin qapısına yol tapıb.

Braziliyalı hücumçu penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, çempionatın bombardirinin 18-ci qolu olub.

Juninyonun bu qolu "Qarabağ"a üç xal qazandırıb. Komandamız bununla da 34 matçdan sonra xal hesabını 79-a yüksəldib.

Qeyd edək ki, komandamız növbəti oyununu mayın 17-də keçirəcək. "Qarabağ" Misli Premyer Liqasının XXXV turunda "Turan Tovuz"u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:30-da başlayacaq.

"Zirə"

41. Anar Nəzirov

32. Qismət Alıyev (k)

21. Hacıağa Hacılı

(20. İsmayıl İbrahimli, 68)

16. Fuad Bayramov

(29. Ceyhun Nuriyev, 58)

5. Stefan Aka

24. Sezar Meza Kolli

(19. Salifu Suma, 58)

9. Vladislav Kulaç

(10. Rəhim Sadıxov, 58)

4. Ruan Renato

44. Dmitrios Çantakias

23. Rafael Utziq

15. Pyer Zebli

Ehtiyat oyunçular:

22. Məmməd Hüseynov

95. Çerkez Hüseynov

17. Araz Abdullayev

77. Məqsəd İsayev

8. İlkin Muradov

66. Pərviz Azadov

28. Abbas İbrahim

6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

"Qarabağ"

89. Amin Ramazanov

13. Bəhlul Mustafazadə (k)

44. Elvin Cəfərquliyev

90. Nəriman Axundzadə

(11. Adama Diakabi, 75)

81. Kevin Medina

66. Patrik Andrade

17. Hamidu Keyta

(19. Redon Cica, 87)

8. Marko Yankoviç

(24. Aleksey İsayev, 75)

18. Olavio Juninyo

2. Mateus Silva

15. Leandro Andrade

(10. Abdullah Zubir, 82)

Ehtiyat oyunçular:

23. Luka Quqeşaşvili

20. Riçard Almeyda

5. Maksim Medvedev

55. Bədavi Hüseynov

30. Abbas Hüseynov

27. Toral Bayramov

6. Julio Romao

Baş məşqçi: Qurban Qurbanov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Bu gün, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Bu gün, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Bu gün, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Bu gün, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Futbol
Bu gün, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
Dünən, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 20:27

Beşiktaş Mert Kömürü transfer etmək istəyir

Minifutbol
Dünən, 18:39

“Aznur” Çempionlar Liqasının ilk matçını məğlubiyyətlə tamamladı

Basketbol
Dünən, 18:29

“Sumqayıt” basketbol klubu Rustam Əliyevi transfer etdi

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Oxşar xəbərlər