"Qarabağ" Futbol Klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb.
Aparılan yenilənmə və bərpa işlərindən sonra komandamız ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək. "Qarabağ"ın mövsümün əvvəlki oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda isə renovasiya və yenilənmə işlərinə start veriləcək.
Qeyd edək ki, "Azersun Arena" ötən mövsümün sonlarında renovasiya işləri üçün bağlanmışdı.