UEFA Gənclər Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la Zaqreb "Dinamo"su arasında keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi estoniyalı Karl Koppel olacaq.
Ona həmyerliləri Riivo Stolts və Tor Vaas kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Əli Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, görüş oktyabrın 28-də Bakıda, "Azərsun Arena"da keçiriləcək.
İki oyunun nəticəsinə əsasən qalib gələn komanda növbəti mərhələdə Portuqaliyanın "Benfika" və Kiprin "Pafos" klubları arasındakı cütün qalibi ilə qarşılaşacaq.