Braziliyalı futbolçu Qustafo Assunçao karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
26 yaşlı dayaq yarımmüdafiəçisi agentləri vasitəsilə "Qarabağ"a təklif olunub.
Hazırda Kiprin "Apollon" (Limassol) klubunda çıxış edən futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Ağdam təmsilçisinin rəhbərliyi Assunçao ilə bağlı qərarı qışda verəcək. Növbəti transfer dönəmində tərəflər arasında danışıqların başlanacağı gözlənilir.
Qeyd edək ki, İspaniyanın "Atletiko" (Madrid) klubunun yetirməsi olan Qustafo Assunçao 2021/22 mövsümündə qısa müddət ərzində Türkiyənin "Qalatasaray" klubunun da formasını geyinib.