"Qarabağ" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sına qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün keçirdiyi məşqlə matçın hazırlığını davam etdirir.
Xatırladaq ki, "Qarabağ"la ÇSKA arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə keçiriləcək.