Misli Premyer Liqasının IX turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb. Sport24.az xəbər verir ki, turun 6 qarşılaşmasını ümumilikdə 11 340 tamaşaçı stadiondan izləyib.
Ən çox azarkeş "Sabah" – "Qarabağ" matçında qeydə alınıb. Sabah Arenada keçirilən görüşü 5 180 fanat izləyib.
"Neftçi" – "Turan Tovuz" qarşılaşması 4 460 tamaşaçı ilə ikinci olub. Digər oyunlarda isə göstəricilər belədir:
"Araz-Naxçıvan" – "Qəbələ" – 300
"Zirə" – "Sumqayıt" – 800
"Şəfa" – "Kəpəz" – 400
"İmişli" – "Şamaxı" – 200
Qeyd edək ki, Misli Premyer Liqasında X tur oktyabrın 30-da start götürəcək.