"Sabah"ın qapıçısı Stas Pokatilov Çempionlar Liqasında "Borussiya"ya qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, qolkiper 1:2 hesablı məğlubiyyətdən sonra bunları deyib:
"Həqiqətən, istəyirdik ki, azından heç-heçə edək. Buna nail olmaq üçün şanslar da yaratdıq, amma alınmadı. "Borussiya"nın səviyyəsi başqadır, onlar "Slaviya" deyil. Bununla belə, hesab edirəm ki, debütant olmağımıza baxmayaraq, kifayət qədər yaxşı futbol sərgiləyirik. Bu yoldan dönməyəcəyik".