top
“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik” Idman.biz
Bu gün, 13:33
- ↺ +

“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik”

"Neftçi"nin bu mövsüm əsas hədəfi çempionluq qazanmaq və kuboklara sahib olmaqdır. Klubumuz gələcəkdə Avropa turnirlərinin qrup mərhələsində çıxış etməyi və bunu davamlı nəticəyə çevirməyi planlaşdırır".

Bu sözləri "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer deyib.

O, bu il 90 illik yubileyini qeyd edən "ağ-qaralar"ın uğurlu nəticələrə kökləndiyini bildirib.

"Hədəflərimiz dəyişməzdir. Mövsümün əvvəlindən çempionluq uğrunda mübarizə aparacağımızı və kuboklara iddialı olacağımızı demişik. Mövsümü titullarla başa vurmaq istəyirik. Təkcə bu mövsüm deyil, hər il "Neftçi"nin məqsədi kuboklar qazanmaqdır. Bu mövsüm heyətimiz dəyişib, komandanın səviyyəsi yüksəlib. Oyunlar da çox gərgin keçir. Ötən illərlə müqayisədə çempionat daha rəqabətlidir. Bu da sevindirici haldır. Artıq doqquzuncu tur geridə qalsa da, turnir cədvəlinin yuxarı pillələrində vahid lider yoxdur. "Sabah" və "Qarabağ" da daxil olmaqla, komandalar mübarizəni davam etdirirlər. İki ildən artıqdır ki, klubda yenidənqurma prosesi aparılır. İndi bu investisiyaların və görülən işlərin nəticəsini əldə etmək istəyirik. Baş məşqçimiz, komandamız, texniki heyətimiz və rəhbərliyimiz eyni məqsəd uğrunda çalışır", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Qış transfer pəncərəsində heyətdə dəyişikliklərin mümkünlüyünə də toxunan C.Sümer klubun müəyyən planlarının olduğunu və bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb:

"Hazırda hamını bu sual maraqlandırır. "Neftçi"də transfer prosesi heç vaxt tam dayanmır. Ötən qış Brenonu, bu yay isə 10 futbolçunu transfer etdik. Onlardan doqquzu yeni oyunçu idi, Varqasın isə icarə müqaviləsini satınalma ilə əvəzlədik. Baş məşqçinin təqdim edəcəyi hesabat və öz planlarımız əsasında namizədləri nəzərdən keçiririk. Skaut departamentimiz də futbolçuları canlı izləyir. Buna görə qışda yeni transferlərin reallaşması mümkündür. Ancaq hazırda bu məsələ ilə bağlı dəqiqləşmiş qərar yoxdur".

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın turnir cədvəlində 18 xalla ikinci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:48

Aslan Kərimov: "FIFA U-15 turnirində çempionluq gözləməməli, əsas məqsəd gənclərin dar zonada inkişafıdır"

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Lisandro Martineslə yollarını ayırmağa hazırlanır

Basketbol
Bu gün, 14:33

"Sabah" Çempionlar Liqasını qazanandan sonra "Neftçi", "LANDAU Lions" və "Gəncə" FIBA Avropa Kubokunda ev oyunlarına hazırlaşır

Futbol
Bu gün, 14:19

Polşa mətbuatı "Sabah"ın polşalı müdafiəçisi T. Puxaçın karera yüksəlişindən "Azərbaycan - vədlər diyarı" kimi yazdı

Digər
Bu gün, 14:07

Fyodor Yemelyanenko UFC ilə müqavilə bağlamadığı sirri və Dana Uayt haqqında açıqlama verdi

Futbol
Bu gün, 14:00

Şəki klubuna yeni baş məşqçi təyin edildi: Şəhriyar Məmmədova

Boks
Bu gün, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb;

Futbol
Bu gün, 13:40

Çin Xarici İşlər Nazirliyi Kilian Mbappenin Bəyanatına Reaksiya Verdi

Qarabağ FK
Bu gün, 13:25

Maksim Medvedev: Uşaqlara telefon deyil, dəstək verilməlidir

Futbol
Bu gün, 13:20

Mançester Yunayted rəhbərliyi Maykl Kerrikə son şans verib, əvəzləyici hələ seçilmir

Futbol
Bu gün, 13:10

Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” “Qarabağ”ın fransalı legioneri Jeremi Qnaliyə maraqlıdır

Güləş
Bu gün, 12:56

Azərbaycan yunan-Roma güləşi millisi dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanaraq komanda reytinqində ikinci yeri tutdu

Futbol
Bu gün, 12:41

Rui Jorje Bakıda U-15 Dünya Futbol Çempionatı və Festivalını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:40

U-15 Milli Komanda Cənubi Amerikaya 3:1-ə məğlub Oldu

Futbol
Bu gün, 12:36

Messi, 20 illik namizədlik fasiləsi ilə Qızıl Top Rekordunu qırdı

Qarabağ FK
Bu gün, 12:21

Azərbaycanlı hücumçu Lorenzo Mezzotero Sampdoriya əsas komandasına çağırıldı - FOTO

Futbol
Bu gün, 12:20

Çelestini Bernli klubunun yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 12:13

Zirə Kapitanı Qismət Alıyev: “Medallar üçün mübarizə davam edəcək”

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Oxşar xəbərlər