"Neftçi" Əvəzedicilər Liqasının 8-ci turunda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlib. Sport24.az xəbər verir ki, Binə qəsəbə stadionunda baş tutan matçda "ağ-qaralar"ın qollarını Adama Diarra (58-ci dəqiqə) və Elcan Əbilov (78-ci dəqiqə) vurublar.
Qeyd edək ki, 8 oyunda 12 xal toplayan "Neftçi" turnir cədvəlində 5-ci yeri tutur.